Ötən il Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub
08:27 04.01.2019
Arxiv
621
2018-ci ildə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 424 610 nəfər təşkil edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın təqdim etdiyi illik hesabatda bildirilib.
2017-ci illə müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında 123 054 nəfər və ya 9,5% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan 2017-ci ildə olduğu kimi Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri qoruyub saxlayıb.
Ötən il Gürcüstana, ümumilikdə, 8 679 544 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da illik müqayisədə bu göstərici 9,8% çoxdur: 2018-ci ildə qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin 4 756 820 nəfərini turistlər təşkil edib. 2017-c ilin eyni göstəricisinə nisbətən turistlərin sayında 16,9% artım qeydə alınıb.
Azərbaycandan sonra Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri Rusiya (1 404 757 nəfər), üçüncü yeri isə Ermənistan (1 268 886 nəfər) vətəndaşları tutub.
Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Gürcüstan turizmdən 3 mlrd. dollar gəlir əldə edib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin gəliri 485 mln. dollar yaxud 19,3% çoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya