
Oxumağa gedənlər nəzarətsiz qalır
19:48 25.04.2016
Arxiv
940
Tələbə Türkiyədən deportasiya olundu, Batumidə özünü öldürdü“TQDK imtahanından 70-80 bal toplayan savadsız uşaqları müxtəlif universitetlərə yerləşdirirlər”

Türkiyədə təhsil alan azərbaycanlı tələbə intihar edib. Ankaradakı dövlət universitetlərindən birində ali təhsil alan Gürcüstan Respublikası vətəndaşı, əslən azərbaycanlı Oral Ələkbərov özünü öldürüb.
Orta Şərq Texniki Universitetində magistr təhsili alan azərbaycanlı gəncin bir neçə gün əvvəl Türkiyədən deportasiya edildiyi və Gürcüstana qaytarılarkən Batumi şəhərində həyatına son qoyduğu bildirilir. Qeyd edək ki, O.Ələkbərov Marneuli rayonunun sakini olub. Faktla bağlı araşdırma aparılır.
Tələbə gənci intihara vadar edən səbəblərlə bağlı münasibətini bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın sözlərinə görə, bəzən insanlar cəmiyyətin qınaq dolu baxışları ilə yaşamaqdansa ölməyi seçir: "Əvvəla, onu deyim ki, təhsil adı ilə xaricə üz tutan tələbə sərhəddi keçən kimi nəzarətsiz qalır. Biz bilmirik ki, ölkədən təhsil adı ilə çıxan tələbə sonradan hansı işlə məşğul olur? Elə tələbə var ki, 1-ci kursdan sonra oxuya bilmir və onu universitetdən qovurlar. O da qalır avara. Bu da böyük bir kəsimdir, ildən-ilə onların sayı artır. Azərbaycanda Tibb Universitetini, Bakı Dövlət Universitetini atıb, oxumaq üçün xaricə gedən tələbələr var. Hansı ki, sonradan xaricdə təhsillərini davam etdirə bilmirlər. Yəni, "Əli aşından da olurlar, Vəli aşından da”.
Türkiyə universitetlərinə qəbul olmağın çox asan olduğunu vurğulayan kriminalist deyib ki, son 2-3 ildə isə Azərbaycanda "Xaricdə təhsil” adında firmalar yaranıb. "Bu işlə məşğul olan adamlar bir-iki otaqdan ibarət bir ofis kirayələyir, özbaşına elanlar yaymaqla Azərbaycandan Türkiyəyə abituriyent daşıyırlar. Təsəvvür edin ki, TQDK imtahanından 70-80 bal toplayan savadsız uşaqları müxtəlif universitetlərə yerləşdirirlər.
Həm də çox ucuz qiymətlərə. Amma bir məsələ var ki, Türkiyədə oxumaq qəbul olmaq qədər asan deyil. Sonrakı mərhələdə onlardan güclü oxumaq tələb edilir. Belə olan halda isə 1-2 semestr müddətində həmin tələbələr kütləvi surətdə sıradan çıxırlar. Buradan aparılan 30 tələbədən 4-5-i ancaq sonra qədər davam gətirə bilir. Qalanları isə kəsilib, universitetdən atılır. Bizim mentalitetdə isə universitetdən atılmaq, təhsilini yarımçıq qoymaq ən ağır zərbə kimi qəbul olunur. İnsanın özündə də dərin sarsıntılara səbəb olur və o, özünü çıxılmaz vəziyyətdə hesab edir. Çox güman ki, deportasiya olunan tələbə Vətənə qayıdanda ailəsinin danlağı, cəmiyyətin tənəsi ilə qarşılaşacağını düşünüb və artıq öz gələcəyini qaranlıq görüb. Xaricdə təhsil almaq bizim cəmiyyətdə bir prestij sayılır. Qəbul olunduğu vaxt şan-şöhrətlə yola salınan gənc cəmiyyətin qınağına tuş gəlməmək üçün elə Batumidicə intihar edib. Hesab edirəm ki, bu intiharın arxasında ancaq bu məqam dayanıb. Yoxsa, bir tələbə təhsil aldığı ölkədə hansı addımı ata bilər ki, geri qayıdanda özünü öldürsün? Bunun ancaq psixoloji durumla bağlı olduğunu düşünürəm”.
Psixoloq Elnur Rüstəmov isə insanları intihara aparan səbəblər müxtəlif olduğu üçün bu gəncin konkret özünəqəsd səbəbləri barədə danışmağın çətin olduğunu deyib: "Yəqin ki, bu səbəbi Gürcüstanın hüquq-mühafizə orqanları araşdırıb, tapacaqlar. İntiharın səbəblərini ümumiləşdirmək də çətindir. Amma heç kəs durduğu yerdə özünə qəsd eləmir. Ciddi sıxıntıları, narahatlığı olan, öz gələcəyini görməyən insanlar bu yola əl atır. Ancaq gənclərimiz bir şeyi unudurlar ki, intihar heç də çıxış yolu deyil. Hər kəs bacardığı qədər özünün psixi sağlamlığının qeydinə qalmalı və hissə qapılıb yanlış addımlar atmamalıdırlar. Digər bir tərəfdən bu narahatçılığı ətrafdakı insanlar görürlərsə, dəstək olmalıdırlar. Ola bilsin ki, bu gənc də deportasiya olunduqdan sonra özünə və gələcəyə inamını itirib və uğursuzluğa düçar olduğunu zənn edib. Onun cəmiyyətin qınağından ehtiyatlanması variantı da mümkündür. Bilirsiniz ki, Azərbaycanda universitetdən atılmaq insanlar arasında dedi-qodulara səbəb olur. Bəlkə də həmin tələbənin deportasiya olunmasından ailəsinin xəbəri olmayıb və o, bütün sorğu-suallara birdəfəlik son qoymaq istəyib. Bütün bu faktorların prosesi stimullaşdırması mümkündür”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə