Oyunun taleyinə qızıl xal raundunda aydınlıq gəlib

Burada serbli idmançı bir xal qazanaraq oyunu qalib kimi bitirib





49 kq çəki üzrə taekvando üzrə qadın təmsilçimiz Abakarova Patimat 1/8 bir final mərhələsində yunanlı Koutsi İonnanı hücumdan qazanılan xallar hesabına 4:2 hesabı ilə məğlub edərək yarı finala yüksəlib.
***
Yarımfinalda isə idmançımız rəqibi Bakdanoviç Tijananı sınağa çəkib. Birinci hissədə heç bir idmançı xal qazanmayıb. Lakin ikinci setdə idmançımız ardıcıl 4 xal qazanıb. Serbiyalı isə idmançımıza verilən ikinci cərimə hesabına bir xal qazanıb. Sonradan oyunun gedişatında erirazı təkrar video baxış keçirilərək serbli dimançının vurduğu baş zərbəsi ona əlavə 3 xal qazandırıb. Nəticədə 3 hissəsinin sonunda hesab 6:6 olaraq bitib. Oyunun taleyinə qızıl xal raundunda aydınlıq gəlib. Burada serbli idmançı bir xal qazanaraq oyunu qalib kimi bitirib.
Qeyd edək ki,idmançımız bürünc medal uğrunda döyüşü davam etdirəcək.

Vüqar