Özbəkistan öz “WhatsApp”ını yaratdı
09:08 31.10.2017
Arxiv
549
Özbəkistanda öz messencerlərini yaradıblar.
İKT.lent.az-ın Sputniknews-uz.com saytına istinadən məlumatına görə, ani məlumatlar xidməti "Uzphone” adlandırılıb.
Tərtibatçıların hesablamalarına əsasən, bu messencer "Skype”, "Viber”, "Whatsapp” və "Telegram” kimi əlavələrin analoqu olmalıdır.
"Özbəktelekom” şirkətinin filial müdiri Marat Fəttahov bildirib ki, hazırda xidmət alfa sınaqlar mərhələsindədir. Onun vasitəsilə məlumatlar göndərmək mümkündür. Ancaq onu nə yükləmək, nə də istifadə etmək olmaz. Tərtibatçı beta sınaqlar mərhələsini iki aydan sonra işə salmaq niyyətindədir, gələn ilin əvvəlində isə "Uzphone”u geniş auditoriyaya təqdim etməyi söz veriblər.
Qeyd edilir ki, Özbəkistanda şəxsi ani məlumat mübadiləsi xidmətinin yaradılması ehtiyacı bir sıra faktorlarla bağlıdır. Bu, xüsusilə xarici ölkələrə gedən gəlirlərin ölkədə saxlanılması istəyindən irəli gəlib. Həmçinin istifadəçiyə daha az internet trafiki xərcləyərək analoji xidmətlərdən istifadə etmək imkanı təqdim etməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya