Əli Orucov: “Müxalifət partiyalarının maliyyə hesabatları formal xarakter daşıyır”
Partiyalar maliyyə hesabatı verəcək
19:40 27.12.2016
Arxiv
705
Xəzər Teyyublu: “Bütün hesabatlarımız boş olur”
Əli Orucov: “Müxalifət partiyalarının maliyyə hesabatları formal xarakter daşıyır”
Əli Orucov: “Müxalifət partiyalarının maliyyə hesabatları formal xarakter daşıyır”
Samir Əsədli: "VHP dövlət büdcəsindən maliyyələşir”
2017-ci ilin yanvarından Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların 2016-cı il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılacaq. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəylə birlikdə aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Xatırladaq ki, Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. MSK siyasi partiyaları vaxtında hesabat verməməkdə və ya boş hesabat verməkdə ittiham edir. Siyasi qurumlar isə maliyyə gəlirləri olmadığı üçün boş hesabat verdiklərini deyirlər.
İllik maliyyə hesabatı ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib ki, Azərbaycanda əksər siyasi partiyaların nə qərargahı, nə də düz-əməlli ofisləri var:
"Partiya üzvlərimiz hansısa kommersiya işi ilə məşğul olmurlar. Ona görə də üzvlük haqlarının toplanması, ianələrin yığılması prosesi mümkün olmur. Artıq iki ildir ki, partiyalar MSK-ya da illik maliyyə hesabatı verirlər. Amma bütün hesabatlarımız boş olur. Çünki partiyamız fəaliyyət göstərməsinə baxmayaraq, konkret maliyyə gəlirimiz yoxdur. Xarici ölkələrdə partiyalar özü-özünü təmin edirlər. Bunun üçün xüsusi vasitələr mövcuddur. Üzvlük haqları və partiya üzvlərinin işə cəlb olunması, orta sahibkarlıqla məşğul olması sayəsində siyasi qurumlar maliyyə əldə edirlər”.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucov deyib ki, AMİP istər il boyu göstərdiyi fəaliyyətinin, istərsə də maliyyə hesabatlarını hər il lazımi qaydada verir:
"Fəaliyyətimizlə və yeni ildə görəcəyimiz işlərlə bağlı mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandırırıq. Sırf maliyyə hesabatına gəlincə, burada da bizim üçün hansısa problem yoxdur. Qanunvericiliyin tələbləri necədirsə, ona uyğun olaraq MSK-ya hesabat vaxtlı-vaxtında hesabat verilir. Baxmayaraq ki, partiyanın maliyyə durumu heç də ürəkaçan deyil, lakin hər zaman şəffaflığın tərəfində oluruq. Əslində müxalifət partiyalarının maliyyə hesabatları formal xarakter daşıyır. Çünki həmin partiyaların gəlir və xərcləri demək olar ki, sıfırdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirib ki, VHP parlamentdə təmsil olunan partiya kimi dövlət büdcəsindən maliyyələşir:
"İki ildir MSK-ya, ondan qabaq isə Maliyyə Nazirliyinə hesabat verirdik. İllik hesabatlarımız partiyanın mühasibatlığı tərəfindən hazırlanır. Partiya daxilindəki yoxlamadan sonra auditə verilir. Audit rəyindən sonra isə qanuni şəkildə hesabatımız MSK-ya təqdim edilir. Təbii ki, hesabatda nəsə çatışmazlıq olanda bizə dərhal məlumat verilir və MSK ilə mühasibatlıq arasında məsələ həllini tapır. Hesabatlarımızda indiyə kimi hansısa problem yaşamamışıq. VHP hesabatlarını əsasən mart ayında təqdim edir. Bu gecikmə hesabatın daha yaxşı və düzgün formada hazırlanması üçündür. Amma aprel ayının 1-nə kimi mütləq hesabatı təqdim edirik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm