"Paşinyanın səviyyəsiz və savadsız olması, danışığını bilməməsi ictimaiyyət arasında nüfuzunu xeyli aşağı salır. Xüsusən də xalqa verdiyi vədləri yerinə yetirməməsi onun perspektivini sıfıra endirir. Sarkisyan və Koçaryan isə yaranmış vəziyyətdən istifadə etmək istəyirlər. Əslində parlament seçkisi Nikol Paşinyana maneçilik törətmirdi.
Paşinyan sürətlə reytinqini itirir
07:01 29.09.2018
Arxiv
593
Sabiqlər - Koçaryan və Sarkisyan öz planlarını işə salmağa başlayıb
"Paşinyanın səviyyəsiz və savadsız olması, danışığını bilməməsi ictimaiyyət arasında nüfuzunu xeyli aşağı salır. Xüsusən də xalqa verdiyi vədləri yerinə yetirməməsi onun perspektivini sıfıra endirir. Sarkisyan və Koçaryan isə yaranmış vəziyyətdən istifadə etmək istəyirlər. Əslində parlament seçkisi Nikol Paşinyana maneçilik törətmirdi.
"Qarabağ klanının rəhbərləri - Serj Sarkisyan və Robert Koçaryan baş nazir Nikol Paşinyanla bağlı prosesləri yaxından izləyirlər. Getdikcə eks prezidentlərin ritorikası sərtləşir. Koçaryandan sonra Sarkisyan da siyasətə qayıtdığını bəyan edir”.
Bu sözləri Ermənistandakı siyasi gərginliklə bağlı "Şərq”ə danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Analitik bildirib ki, baş nazir Nikol Paşinyanın reytinqini itirdiyi bir vaxtda sabiq rəhbərlər də öz planlarını işə salırlar:
"Paşinyanın səviyyəsiz və savadsız olması, danışığını bilməməsi ictimaiyyət arasında nüfuzunu xeyli aşağı salır. Xüsusən də xalqa verdiyi vədləri yerinə yetirməməsi onun perspektivini sıfıra endirir. Sarkisyan və Koçaryan isə yaranmış vəziyyətdən istifadə etmək istəyirlər. Əslində parlament seçkisi Nikol Paşinyana maneçilik törətmirdi. Əgər baş nazir bacarıqlı idarəçi ola bilsəydi, öz reytinqini saxlayar və qarşıdakı seçkilərlə bağlı narahatlığı olmazdı. Lakin baş nazir bunu bacarmadı. İnqilab liderləri içərisində ən qısa müddətdə nüfuzunu itirən yeganə şəxs Nikol Paşinyandır. Onun xətaları çoxdur, ən kobud səhvi isə hakimiyyətə gələn kimi "Yüksək Gərginlikli Elektrik Xəttləri” Şirkətinin rəhbəri Samvel Karapetyanı vəzifəsindən almaqdır.
Karapetyan Taşir qrupunun başçısıdır və hazırda Moskvada yaşayır. Onun Putin və Medvedyevlə, digər siyasilərlə çox yaxın əlaqələri var. Elə Samvel Karapetyanı böyük maddi vəsaitlə Ermənistana göndərən də Putinlə Medvedyev idi. Onlar istəyirdilər ki, Karapetyan bu sahəni dirçəltsin və ölkənin xarici borcunu ödəsin. Ancaq Paşinyanın məlum qərarı ölkənin enerji məsələsini böhrana sürüklədi və Ermənistanın xarici borcunu artırdı. Yəni baş nazir Nikol Paşinyan həm xarici və daxili siyasətdə, həm də iqtisadiyyatda səriştəsiz adam olduğunu sübut etdi.
Halbuki Paşinyan pulu və əlaqəsi çox olan Karapetyana yalvararaq ondan daha çox yararlanmalı idi. Çünki İrəvanlı olduğuna görə Karapetyanın Sarkisyanla və Köçəryanla münasibəti yaxşı deyildi. Məsələ ondadır ki, Karapetyan dünya erməniləri içində ən nüfuzlu adam sayılır. Belə bir şəxsi vəzifədən qovan Paşinyan nə ABŞ-dan, nə də Rusiyadan maddi dəstək ala bilər”.
Ekspert vurğulayıb ki, Paşinyanın yanlış addımları və qərarları onu siyasi rəhbərlikdən uzaqlaşdırır və rəqiblərinin şansını artırır: "Serj Sarkisyan və Robert Koçaryanın nəzəri cəhətdən siyasi rəhbərliyə gəlmələri mümkündür. Amma onlar heç vaxt əvvəlki güclərini bərpa edə bilməzlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya