"Paşinyanın özü də Putinlə görüşündən sonra nikbin danışmayıb" - Münasibətlər korlanıb

«Paşinyanın özü də Putinlə görüşündən sonra nikbin notlara köklənən açıqlama vermədi».
Bunu «Sherg.az»a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert vurğulayıb ki, Paşinyan tərəflər arasında heç bir razılaşma olmadığını etiraf edib: 
«İki ölkə arasında həllini tapmayan ciddi məsələlər var. Məsələn, qazın quymətinin artması, Koçaryanın həbsi, qondarma rejimdə baş verən olaylar münasibətləri korlayıb. Xüsusən, «Qazprom»un qərarı demək olar ki, Ermənistanın gələcək taleyini həll edəcək».
Politoloqun sözlərinə görə, Putin elə bir siyasətçidir ki, o, öz prinsipləri ilə fərqlənir:
 «Ermənistan Moskvanın dediklərini etməlidir. Hazırda tərəflərin münasibəti «fil və qarışqa» əlaqəsini xatırladır. İrəvan ya Moskvanın dediklərinə əməl edəcək, ya da 2019-cu ildə daha çox qəzəbə tuş gələcək».
İsmayıl