Paşinyanın “təklifi”nə sərt reaksiya: “Bunlar onun cəfəngiyyatlarıdır”






"Paşinyanın söylədikləri onun növbəti cəfəngiyatlarından biridir”.

Bu sözləri "Sherg.az”a Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqda mətbuata verdiyi açıqlaması barədə danışarkən millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Deputatın sözlərinə görə, Paşinyan sərsəm bəyənatlarından əl çəkmək bilmir:

"Ermənilərin torpaqlarımızı işğal etdiyini bütün dünya bilir. İndi isə açıqlama verərək deyirlər ki, Azərbaycan hansısa hərbi gücdən istifadə edərək guya təzyiqlər göstərir. Bütün bunlar Paşinyanın yalanları, cəfəngiyyatlarıdır. Dəfələrlə ona lazımlı cavablar verilib. Buna baxmayaraq düşmən tərəf qərəzli açıqlamalarına davam edir. Ümumiyyətlə, Paşinyanın çıxışları hökümət başçısının çıxışına bənzəmir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Strasburqda mətbuata verdiyi açıqlamasında "təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir”-deyə bildirib. XİN-dən baş nazirin "təklif”inə cavab olaraq isə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmaq tövsiyyə olunub.

Yeganə Bayramova