Pediatr: Övladınız 6 ayından sonra yeməyini azaldırsa... -Valideynlər, oxuyun !
12:08 14.11.2017
Arxiv
836
Günay Rəsulova: "Bu iştahasızlıq uşağın normal fizioloji tələbatına uyğun olaraq, çəki alımı, böyümə sürəti ilk altı aya nisbətdə zəiflədiyindən yeməkləri də zəifləyir"
"Uşaqlarda 6 ayına qədər əmmə refleksi olur. Bu dövrdən sonra artıq öz iştahası ilə yeməyə başlayır”.
Bunu "Sherg.az”a körpələrin müəyyən yaşdan sonra yemək yemək istəməməsinin səbəblərini izah edərkən pediatr Günay Rəsulova deyib.
O bildirib ki, 6 aydan sonra uşaqların daha az yeməyə başlaması valideynləri həyəcanlandırmamalıdır:
"Halbuki bu iştahasızlıq uşağın normal fizioloji tələbatına uyğun olaraq, çəki alımı, böyümə sürəti ilk altı aya nisbətdə zəiflədiyindən yeməkləri də zəifləyir. 1 yaşından sonra isə bu daha da azalır. Valideynlər bundan narahat olaraq, psixoloji narahatlıq keçirir.
Nəticədə uşağı məcbur etməyə başlayırlar. Bu şəkildə qidalandırma zamanı uşaqda olan normal iştaha da get-getə tamamilə itir. Hətta uşaqlarda yeməyə ikrah, kəskin formada qidadan imtina etmə halları yaranır.
Valideynlər sadəcə səbrli olmalı, uşağı təbii tələbatına uyğun qidalandırmalıdırlar. Normadan artıq qidalandırmağa tələsməməlidirlər. Artıq çəkiyə meylli olan kök uşaqları olan valideynlərdə daha çox görürük ki, məcbur uşağı qidalandıraraq problemi daha da artırırlar.
Təbii fizioloji iştahasızlıqla patoloji iştahasızlığı fərqləndirmək lazımdır. Bunu artıq həkim fərqləndirir. Uşaq aylıq həkim müayinəsində olmalıdır. Həkim artıq müəyyən edəcək ki, əlavə tədbirlərə ehtiyac var yoxsa yox. Valideynlər isə həkimlərin məsləhətinə qulaq asmalı, gərəksiz panikaya qapılmamalıdırlar”.
Uşaqlara ziyanlı qidaların verilməsinin fəsadlarına toxunan pediatr bildirib ki, bu, zərərli vərdişin bir növüdür:
"Uşağın doğru-dürüst qidalanması valideynlərdən asılıdır. Valideynlər uşaqları bu cür qidalara öyrətməməlidirlər. Təəssüfləndirici haldır ki, 6-7 aylıq uşaqlara hətta şokolad, cipsi, "yumurta” kimi qidalar verirlər. Bu, qətiyyən düzgün deyil. Həmin qidalarda uşaqlarda asılılıq yaradacaq maddələr var.
Həmçinin bu qidalar yüksək kalorili olduğuna, toxluq yaratdığına görə, uşaqda normal qidaya qarşı tələbat aşağı düşür. Ona görə, qətiyyən bu əlavə qidalar uşaqlara verilməməlidir.
Sadəcə faydalı, gündəlik qida rasionuna zülal, karbohidrat, protein, vitamin mikroelementlərlə balanslı şəkildə uşaqlar qidalanmalıdır. Şəkərli qidalardan bacardıqca uzaq durmaq lazımdır. Valideyn övladına bu pisliyi etməməlidir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi