Pəhləvanımız finalda Türkiyə idmançısı Rza Kayaalpla güləşəcək






Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində gücünü sınayan idmançımız Sabah Şəriəti finala vəsiqə qazanıb. sherg.az xəbər verir ki, pəhləvanımız yarım finalda belarusiyalı idmançı Çuqaşbili İoseb ilə qarşılaşıb. 4-0 xal hesabı ilə nəticələn görüşdə güləşçimiz rəqibini qızıl medaldan məhrum edib. Pəhləvanımız finalda Türkiyə idmançısı Rza Kayaalpla güləşəcək.
Məlumat üçün bildirək ki, S. Şəriəti 1/8 finalda ukraniyalı Mikola Kuçmi ilə qarşılaşıb. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda gürcü idmançı Yakobi Kajayla qüvvəsini sınayıb. Qarşılaşma 3-1 hesabı idmançımızın xeyrinə başa çatıb.

Ayyət, İsmayıl