Peskov: "Son kiberhücumlar Rusiyada ciddi fəsadlara səbəb olmayıb"




"Son kiberhücumlar Rusiyanın internet şəbəkəsində ciddi fəsadlara səbəb olmayıb". İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, müdafiə sistemləri həm dövlət, həm də korporativ səviyyədə etibarlı işləyir: "Prezidentin internet resursu da mükəmməl işləyir".
Peskov qeyd edib ki, kiberhücumlara qarşı dayanmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir: "Təəssüf ki, hücumlar davam edir. Heç bir ölkə kibertəhlükələrə qarşı kibertəhlükələrə dayana bilməz. Yersiz ittihamlarla bu cür problemlər həll olunmur".