Peterburqda 6 azərbaycanlı həbs edildi




Rusiyanın Sankt-Peterburq şəhər polisi 6 azərbaycanlını həbs edib. 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, həbs edilənlərin hamısı taksi sürücüləridir.

İlkin məlumata görə, onlar quldurluqda ittiham edilirlər.
Şəhər polisi saxlanılanların kimliyinə və təfərrüatlara aydınlıq gətirməyib.