Polis meyvələrə iynə sancan yeniyetməni həbs edib
19:03 19.09.2018
Arxiv
779
Avstraliya polisi çiyələklərə iynə sancdığını etiraf edən yeniyetməni həbs edib. Meyvələrin içərisində aşkar edilən iynələr son günlər ölkədə böyük hay-küyə səbəb olmuşdu.
AZƏRTAC xəbər verir ki, Yeni Cənubi Uels ştatı polis komissarının köməkçisi Stüart Smitin bildirdiyinə görə, yeniyetmə çiyələklərə iynəni əyləncə məqsədilə taxdığını etiraf edib.
"Biz əyləncə məqsədilə bir çox oyunlardan çıxdığını, o cümlədən çiyələklərə iynə sancdığını etiraf edən yeniyetmə oğlanı tapmışıq, onunla yeniyetmələrlə işləyən polis məşğul olacaq”, - deyə S.Smit bildirib.
Çiyələkdə iynə tapılması ilə əlaqədar hadisə ilk dəfə Kvinslend ştatında qeydə alınıb. Sonrakı günlərdə digər ştatlarda da sakinlər belə hallarla qarşılaşıblar. Eyni zamanda, alıcılar alma və bananda da aşkar edilən kəskin metal cisimlər barədə məlumat veriblər.
Meyvələrdəki iynələrdən xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur. Hakimiyyət orqanları daxil olan 100-ə yaxın şikayət barədə məlumat yayıb. Bu hadisə həm alıcıların, həm də istehsalçıların narahatçılığına səbəb olub.
Kvinslendin hakimiyyət orqanlarının bildirdiyinə görə, Rusiya və Böyük Britaniyadakı bəzi tərəfdaşlar Avstraliyadan çiyələk almaqdan imtina ediblər, Yeni Zelandiya isə Avstraliya çiyələyinin bütün supermarketlərdən çıxarılacağını bəyan edib. Avstraliyanın hakimiyyət orqanları ixraca gedən çiyələyə nəzarəti gücləndirmək məqsədilə əlavə tədbirlər görüb.
Avstraliyalı siyasətçilərin əksəriyyəti və sosial şəbəkə istifadəçiləri ölkənin meyvə sənayesinin müdafiəsinə qalxıblar. Onlar alıcıları fermerləri dəstəkləməyə və meyvə almaqdan imtina etməməyə çağırıblar. Təklif olunub ki, meyvələri qəbul etməzdən əvvəl onları mütləq kəsmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət