Polşada güclü şaxta 10 nəfərin həyatına son qoyub





Polşada iki gün davam edən güclü saxta 10 nəfərin həyatına son qoyub.

AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, Polşanın Dövlət Təhlükəsizlik Mərkəzinin nümayəndəsinin sözlərinə görə, həlak olan 7 nəfərin cəsədi yanvarın 6-da, 3-ü isə yanvarın 7-də tapılıb.

Sinoptiklər yanvarın 7-də temperaturun mənfi 14 dərəcəyə kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.