Portuqaliyada turist avtobusu qəzaya uğrayıb: azı 28 nəfər ölüb





Portuqaliyanın Madeyra adasında turist avtobusunun qəzaya uğraması nəticəsində 28 nəfər olub. Bu barədə ölkənin RTP telekanalı bələdiyyə palatasının rəhbərinə istinadla məlumat yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölənlər arasında 11 nəfərin kişi, 17 nəfərin qadın olduğu təxmin edilir. Onların hamısı Almaniyadan gəlmiş turistlər olub. Avtobusda 50 nəfər olub. Yerli hökumət orqanları ölənlərin sayının artacağını istisna etmir.