Prezident: "Bakının nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır"
21:22 09.04.2018
Arxiv
487
"Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır. Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, bu məsələlərə kompleks şəkildə baxmalıyıq: "Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir.Nəqliyyat sektoru ilə bağlı qeyd etməliyəm ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik. İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda – Ələtdə tikilir”.
Prezident İlham Əliyev qeyd edib ki, açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir: "Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq. Şimal-Cənub nəqliyyat dəhlizini də biz qonşu ölkələrlə birlikdə reallığa çeviririk. Qeyd etməliyəm ki, bütün nəqliyyat layihələrimizin uğurlu həyata keçirilməsinin səbəbi həm bizim iradəmiz, təşəbbüsümüzdür, eyni zamanda, qonşu ölkələrlə sıx münasibətlərimizdir. Çünki tranzit ölkə, əgər hansısa ölkə tranzit ölkə olmaq istəyirsə, o, mütləq qonşularla sıx əlaqədə olmalıdır".
Dövlət başçısı, Cənub Qaz Dəhlizinin uğurla icra edildiyini də qeyd edib: "Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. "Şahdəniz-2” layihəsinin icrası 99 faizdir. Cənubi Qafqaz Kəməri 96 faiz, TANAP 92 faiz. Yəni, bu layihələrdə Azərbaycan aparıcı rol oynayır. Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni, Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol