Prezident Əli Həsənovla bağlı SƏRƏNCAM İMZALADI





Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 

"Sherg.az" AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı bu gün bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və baş nazirin birinci müavinidir.