Prezident İƏT baş katibini qəbul edib
11:39 02.05.2019
Arxiv
494
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək "Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söyləyib. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı "Bakı prosesi”nin mühüm beynəlxalq platforma olduğunu deyib. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb.
Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olunub və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edilib, İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm