Prezident İlham Əliyev Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olub
18:23 17.04.2014
Arxiv
467
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar.
APA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının "Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılıb.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlət başçısını məlumatlandıraraq, bildirib ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir.
Dövlət başçısına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə bildirilıb ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaq. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılıb. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaq.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi