Prezident İlham Əliyev: “Xorvatiya ilə mövqelərimiz üst-üstə düşür”
10:37 24.10.2016
Arxiv
354
"Xorvatiya prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bir az əvvəl bizim ikitərəfli, regional və təhlükəsizlik məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyünüz kimi mövqelərimiz üst-üstə düşür”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibli görüşündə deyib. Dövlət başçısı bildirib ki, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır: "İndi bunun üçün yaxşı imkanlar var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xorvatiya prezidentinin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaların necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq”.
Prezident İlham Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: "Biz qrafik üzrə icra olunan Cənub Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki siyasi əlaqələr çox yaxşıdır və bu səfərdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha mühüm bir addım olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm