Prezident özəl teleradio yayımçılarına maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb





Azərbaycan prezidenti İlham Əliyev ölkədə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
 Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.