Prezident:“Azərbaycan-İran sərhədi dostluq sərhədidir”
10:40 27.04.2021
Arxiv
402
“Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılıb. Bu bir daha sərhəd xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür. Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib. 132 kilometr işğal altında olmuş sərhəd bərpa edilib”.
Bu sözləri Zəngilan rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyev sərhədçilər qarşısında çıxışı zamanı deyib.
“Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımı istehkam, mühafizə işləri qurulmağa başlayıb. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca həm Azərbaycan-İran, həm də Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Sərhəddən keçən hər iki ölkənin vətəndaşları bundan faydalanırlar. Eyni zamanda ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.
Bura yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - ötən ilin oktyabrın 18-də düşməndən azad edilib. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynayıb. Məhz bu istiqamətdən azadlıq mübarizəmiz başlayıb və Vətən müharibəsi 44 gündən sonra ordumuzun qələbəsi ilə nəticələnib”, - deyə dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil