"Prezidentimiz nə üçün Nobelə namizəd göstərilmir?"

"Universitetlərimiz hərəkətə keçməlidir"



ANGİAD Yönetim Qurulu Başqanı Fatma Semiz  Türkiyənin 3.5 milyon Suriyalı mühacirə ev sahibliyi etməsinin dünyada  bənzəri olmayan bir yaxşılıq olduğunu qeyd edib. Fatma Semiz Türkiyənin məhdud imkanlara baxmayaraq bu böyük köç dalğasına sahib çıxmasının bütün dünyada hörmət oyandırdığını bildirib. 

Fatma Semiz  hər il xalqların və xalqların qardaşlığı, silah və orduların azaldılması və barış konqresləri təşkil etmək üçün ən çox səy sərf edən adam, kəslər və ya quruluşlara verilən Nobel Barış Mükafatına  Rəcəb Tayyib Ərdoğanın namizəd göstərilməsini təklif edib.
Türkiyənin son 6 ildir dünyanın ən böyük mühacir hərəkətliliyinə ev sahibliyi etdiyini və etməyə də davam etdiyini vurğulayan Fatma, "Türk milləti adına Hörmətli Respublika başçısımızın bu Mükafata Namizəd göstərilməsini istəyirik" deyə danışıb.


Türkiyənin məhdud imkanları ilə bu böyük köç dalğasını tək başına həll etdiyini xatırladan Semiz, bunları söyləyib:
"İngiltərə xarici işlər naziri Boris Johnson,"Türkiyənin Suriyadakı qorxunc böhrana qarşı icra etdiyimiz ortaq mübarizəmizə çox böyük qatqının fərqində olduğumuzu ifadə etmək istəyərəm. Türkiyə 3 milyondan çox mühacirə ev sahibliyi edərək inanılmaz bir fədakarlıq sərgilədi" deyir.  Almaniya Baş naziri Angela Merkel, Türkiyənin Suriyalı mühacirlər mövzusunda etdiyi işlərə təşəkkür etdi. Yəni bütün dünya, Türkiyənin göstərdiyi fədakarlığı bilir və təqdir edir.

İndi bu istiqamətdə bir iş görərək hörmətli liderimizi Nobel Barış Mükafatı üçün namizəd göstərməliyik. Bu mövzuda Universitetlərimizi hərəkətə keçməyə dəvət edirik. Namizədlik müddətində biz iş dünyası nümayəndələri də təsirli bir lobbi fəaliyyəti icra etməliyik. Türkiyə bu mövzuda əsla təvazökar olmamalıdır".