"Prezidentin Davos Forumunda iştirakı onu göstərir ki, Azərbaycanla əlaqələrə böyük diqqət yetirilir”
10:36 23.01.2019
Arxiv
307
"Davos İqtisadi Forumu çox geniş müstəvini əhatə edir. Baxmayaraq ki, tədbir iqtisadi məsələlərin müzakirəsinə həsr edilib, amma ümumi anlamda Forum iqtisadi, siyasi, ekoloji, bir sözlə dünyanı narahat edən istənilən məsələ üçün müzakirə meydanına çevrilir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Davosda hər bir ölkə özünün iqtisadi maraqlarına uyğun olaraq mövqeyini bildirir və ikitərəfli münasibətlər qurmağa maraq göstərirlər:
"Azərbaycan Prezidentinin Davosda görüşlər proqramı hər zaman çox zəngin və sıx olub. Dövlət başçısı ilə görüşmək istəyən təşkilat və şirkət rəhbərlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan investisiya üçün çox maraqlı ölkədir. Biznesin əlverişli inkişafı üçün maksimum şərait yaradır. Eyni zamanda Azərbaycanla birlikdə beynəlxalq aləmdə üçüncü ölkədə birgə əməliyyatlar aparmağa da çoxsaylı təkliflər var. Bu, Azərbaycanın daxili və xarici siyasətinin düzgün aparılmasından irəli gələn bir məsələdir. Bu görüşlərdə sadəcə müzakirələr getmir, konkret nəticələrə gəlinir”.
Parlament üzvü bəyan edib ki, Davos Forumunun nəticəsini daha sonra Azərbaycan iqtisadiyyatına qoyulan investisiyada görürük:
"Ötən il Azərbaycana 17 milyard dollar investisiya qoyulub. Bu, balaca rəqəm deyil. Sərmayənin böyük əksəriyyəti qeyri-neft sektoruna qoyulur. Neftdən gələn gəlirlər isə valyuta ehtiyatlarında toplanır. Həmçinin, sosial məsələlərin və məcburi köçkünlərin problemlərinin həlli üçün proqramlara yönəldilir. Azərbaycan öz inkişafının çox maraqlı modelini yaradıb. Cənab Prezidentimizin Davos Forumunda iştirakı və orada mühüm görüşlər keçirməsi bir daha göstərir ki, Azərbaycanın iqtisadi siyasəti düzgündür və beynəlxalq aləmdə Azərbaycanla əlaqələrə çox böyük diqqət yetirilir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol