"Prezidentin Davos Forumunda iştirakının ölkəmiz üçün siyasi, iqtisadi və informasiya faydası var"





"Davos Forumu dünyanın iqtisadi, siyasi və texnoloji baxımdan başlıca inkişaf meyillərini müəyyənləşdirməyə, ona dair baxışları öyrənməyə imkan verən bir vasitədir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, Ümumdünya iqtisadi Forumunda cənab Prezidentimizin iştirakı Azərbaycan dövlətinin məqsədi deyil, ali məqsədləri həyata keçirmək üçün mühüm bir vasitədir, meydandır: 

"Davos Forumunda cənab Prezidentimiz İlham Əliyevin iştirak etməsinin ölkəmiz üçün həm siyasi, həm iqtisadi, həm də informasiya faydası var. Siyasi fayda ondan ibarətdir ki, Davos Forumu çərçivəsində dövlətimizin müxtəlif ölkələrin rəhbərləri ilə əlaqələri qurulur, müzakirələr aparılır, əməkdaşlıq perspektivləri işgüzar qaydada müzakirə edilir. 

Bu müzakirələr və qəbul edilən qərarlar Azərbaycan dövlətinin beynəlxalq siyasi mövqelərini möhkəmləndidir. İkincisi, cənab Prezidentimizin Davos Forumunda iştirakı iqtisadi baxımdan Azərbayacana faydalıdır. Forum çərçivəsində iri şirkətlərin, transmilli koorporasiyaların rəhbərləri ilə keçirilən görüşlər və onların Azərbaycana dəvət edilməsi sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə ölkədə yeni iş yerlərinin açılmasına, yeni texnologiyaların tətbiqinə gətirir”.

M.Qasımlının sözlərinə görə, Davos Forumunda cənab Prezidentimizin iştirakı informasiya yayılması baxımından ölkəmiz üçün faydalıdır: 

"Dünyanın qabaqcıl ölkələrinin, böyük şirkətlərinin nümayəndələri Azərbaycanla tanış olurlar, Azərbaycanın imkanlarını bilirlər və ölkəmizlə digər sahələrdə əməkdaşlığın yaranmasına, o cümlədən turizmin inkişafına gətirib çıxarır. Hesab edirəm ki, Davos Foromunda iştirak Azərbaycan üçün yeni imkanlar açacaq”.

İsmayıl