
Prezidentin dediklərindən nəticə çıxarılmalıdır: "Heç bir məmur özünü əlahiddə status sahibi kimi aparmamalıdır”
12:03 01.05.2019
Arxiv
831
"Prezident İlham İlham Əliyev müşavirədə yerli icra hakimiyyətlərinə, xüsusən məmurlara, bir sıra dövlət qurumlarına və o cümlədən də "Azəriqaz”ın rəhbərliyinə çox ciddi xəbərdarlıq etdi”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksionerinin sözlərinə görə, ilk dəfə deyil ki, cənab Prezident dövlət qurumları ilə bağlı öz tənqidi çıxışını edir:
"Prezident hər zaman müşavirədə mövcud nöqsanların aradan qaldırılmasının önəmindən danışır. Prezidentin bütün dövlət qurumları ilə bağlı kifayət qədər məlumatı olur və ona bir neçə istiqamətdə məlumatlar çatdırılır. Bu səbəbdən dövlət başçısının sonuncu müşavirədə hansı qurumların fəaliyyətində çatışmazlıqların olduğunu və bunun qısa müddətdə aradan qaldırılması ilə bağlı göstəriş verdiyinin şahidi olduq. Biz də rayonlarda icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı əhalinin narazılıq etdiyini görürük. Bəzən özümüz də rayonlara səfərlər edirik, yerli əhali ilə təmasda oluruq. Rayonlarda problemlərin hansı istiqamətdə olduğunu eşidirik. Heç bir məmur özünü əlahiddə status sahibi kimi aparmamalıdır”.
Ekspert bildirib ki, məmurlara Prezident ona görə etimad göstərir ki, vətəndaşların problemlərini öyrənsinlər və bu problemin həlli istiqamətində fəaliyyət göstərsinlər:

"Daha gedib öz kreslolarında əyləşib əlini-əlini üstünə qoymamalıdır. İcra başçıları kəndlərdə, qəsəbələrdə səyyar görüşlər keçirməlidir. Əhalinin durumu ilə birbaşa maraqlanmalıdırlar. Bəzən bir sıra rayonların icra başcılarının yüksək fəaliyyətinin şahidi də oluruq. Özümün yaşadığım Abşeron rayonunu buna misal çəkə bilərəm. İradə Gülməmmədova tez-tez qəsəbə və kəndlərdə əhali ilə görüşlər keçirir. Başcının bir il ərzində Mehdiabad qəsbəsində 4 dəfə sakinlərlə görüşü olub. Bütün görüşlərdə şəxsən iştirak etmişəm. Verilən məlumata görə, bir il ərzində 10 000 sakinlə İradə Gülməmmədovanın görüşü baş tutub. Bütün icra başçıları sakinlərlə bu cür təmasda olmalıdır”.
N.Orduxanlının fikrincə, heç bir iş görmüyən icra başıçıları və dövlət qurumlarının yarıtmaz fəaliyyəti tənqid olunmalıdır:
"Dövlət qurumlarına məsul olan şəxslər və müvafiq qurumlar yalnız vətəndaşa xidmət göstərməlidir. Onların fəaliyyəti Prezidenti razı salmadığı üçün açıq şəkildə müşavirədə tənqid edilirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmur vətəndaşın xidmətində olmalıdır! İcra hakimiyyətləri bu tənqiddən nəticə çıxartmalıdır. Bu günün tələblərinə cavab verməyən və tənqiddən nəticə çıxartmayan məmurlarla bağlı müəyyən ölçülərin götürüləcəyini bəyan edən Prezident İlham Əliyev bir daha göstərdi ki, onun fəaliyyətinin əsas istiqaməti vətəndaşa xidmət etməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol