"Prezidentin tapşırığı uğurla icra olunur"- Hesabat qənaətbəxşdir
10:01 16.03.2018
Arxiv
1642
Millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü iclasında hökumətin hesabatına münasibət bildirib.
"Sherg.az"ın xəbərinə görə, xanım parlamentari qeyd edib ki, hesabat obyektiv və prinsipial kriteriyalar üzrə hazırlanıb:
"Biz millət vəkillərinə real iqtisadi və maliyyə vəziyyətini doğru-dürüst göstərdiyi üçün hesabat müəlliflərinə təşəkkürümü bildirirəm.
Yaxşı haldır ki, çətinliklərə rəğmən dövlət bir çox layihələrini, xüsusən sosial layihələri dayandırmayaraq, əksər vacib işləri və islahatları həyata keçirdi.
Hesabata nəzər saldıqda görürük ki, ötən illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard-a qədər yüksəlib. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçib.
Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi məqsədi ilə, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün qeyri-neft məhsulları ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir. Bütün bunlara görə keçən dövrdə hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya