Prezidentlərin görüşündən müsbət nəticə gözləmək olmaz
20:16 13.05.2016
Arxiv
578
“ABŞ və Rusiya sadəcə öz maraqları naminə canfəşanlıq edirlər”
"ATƏT-in Minsk Qrupu prezidentlərin növbəti görüşünü təşkil etməklə Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas etmək istəyir. Bu niyyətlə hazırlanmış görüşlərdən Azərbaycana fayda gəlməz”.
Bunu münaqişə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda Prezidentlərin görüşünün hansı nəticələr verəcəyi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. QHT sədri bildirib ki, aprel döyüşlərində Azərbaycan öz gücünü göstərdi və düşməni rəzil etdi. Amma Rusiya ilə Amerika milli ordumuzun bu səviyyədə savaşa hazırlıqlı olmasını və düşmən ölkənin biabırçı məğlubiyyətini gözləmirdilər: "Son dövrlər ABŞ dövlət katibi Con Kerri və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında bir neçə dəfə telefon danışığı olub və tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ancaq inanmırıq ki, bu cür danışıqlar və ondan sonra gündəmə gələn "Prezidentlərin görüşü” məsələsi ölkəmizin xeyrinə olacaq. Çünki uzun illər obyektiv mövqe tutmayan vasitəçilərin birdən-birə "xoş niyyətli” olması müəyyən siyasi maraqlardan xəbər verir. Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünü istəyən və bunun alınması üçün ciddi səy göstərən ABŞ və Rusiya sadəcə öz maraqları naminə canfəşanlıq edirlər. Onları münaqişənin ədalətli həlli maraqlandırmır. Ona görə hətta baş tutsa belə, bu cür görüşlərdən müsbət nəticə gözləməyə dəyməz. Ermənistanı dəstəkləyən güclər düşmənə necə təzyiq edəcək?!”
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya