Prezidentlərin növbəti görüşü gərgin keçəcək
07:32 10.04.2018
Arxiv
1322
“Çünki münaqişə ətrafında vəziyyət müharibə riskini artırıb”
İtaliyanın ATƏT-dəki sədrliyinin nümayəndəsi Giovanni Davoli Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı proqnoz verib. Davoli diqqətə çatdırıb ki, Ermənistanda bu yaxınlarda yeni dövlət başçısı seçilib. Azərbaycanda isə bir neçə gündən sonra seçkilər keçiriləcək. Təşkilat rəsmisinin iddiasına görə, tezliklə iki dövlət başçısı arasında görüş baş tutacaq:
"Prezidentlər arasında keçirilən son görüşlərdə irəliyə doğru addımlar atılıb. Bu görüşlər zamanı kompromis üçün daha uyğun mühit yaradan qarşılıqlı etimadın toxumları əkilib”. Davolinin sözlərinə görə, danışıqlarda müsbət irəliləyiş ATƏT-in qərarlarından deyil, daha çox iki tərəfin iradəsindən asılıdır: "Ermənistan və Azərbaycan sülh prosesinin sürətləndirilməsi barədə razılığa gələrsə, Krakovda əldə edilmiş razılaşmalar reallaşar”. Xatırladaq ki, təkcə ATƏT rəsmisi deyil, bir neçə beynəlxalq və yerli ekspertlər də seçkidən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində fərqli mənzərə yaranacağını, tərəflərin mütəmadi görüşəcəyini gündəmə gətiriblər. Ancaq Ermənistandakı siyasi dəyişikliyin formal olduğunu nəzərə alan əksər siyasi ekspertlər seçkidən sonra müsbət yöndə irəliləyiş olacağını düşünmürlər. Onların fikrincə, seçkidən sonra prezidentlərin təması baş tutsa belə erməni tərəfinin hansısa kompramisə gedəcəyi ehtimalı yoxdur.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə "Şərq”ə açıqlamasında deyib ki, ötən ilin sentyabrından bəri aparılan danışıqlar, prinsipcə, heç bir irəliləyişə gətirib çıxarmayıb. Analitik bildirib ki, nəticəsiz görüşlərin səbəbi Ermənistan rəhbərliyinin danışıqlar prosesini sabotaj etməsidir:
"Danışıqlar prosesində atəşkəs tez-tez pozulur, amma hərbi əməliyyatlar aktiv fazaya keçmədiyinə görə, Qərb institutları yaranmış vəziyyəti pozitiv hal kimi qiymətləndirirlər. Seçkidən sonra Ermənistanla danışıqların növbəti raundu başlayacaq. Çox güman ki, Azərbaycan tərəfi qəti mövqe ortaya qoyaraq real irəliləyişlərə aparacaq danışıqlara gedəcək. Prezidentlərin görüşünün keçirilməsi də gözlənilir. Amma Ermənistanı masada baş nazir seçilən Serj Sarkisyan təmsil edəcək. Hakimiyyətdə olan Qarabağ klanının güzəştə gedəcəyi yalnız Moskvadan asılı olacaq. Moskva çalışacaq ki, Ermənistana təsir edib, hər hansı güzəştin qarşısını alsın”. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Rusiya ilə diplomatik danışıqları intensivləşdirməlidir: "Növbəti danışıqlar çətin və gərgin keçəcək. Çünki münaqişə ətrafında vəziyyət müharibə riskini artırıb. İrəvan rəhbərliyi güzəştə getməzsə, hərbi toqquşmalar baş verə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat