Professor: “Çörəyi çörəkçiyə vermək lazımdır”
14:39 19.04.2019
Arxiv
888
Qulu Məhərrəmli: “Film tərcümələri yerində olmayanda ifadələr olduqca eybəcər səslənir”
"Televiziya, radio və kino sahəsində ən ciddi problemlərimizdən biri peşəkarların qeybə çəkilməsidir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında tanınmış teletənqidçi Qulu Məhərrəmli deyib.
Ekspertin sözlərinə görə, xarici filmlərin dilimizə tərcüməsi ilə peşəkarlar məşğul olmalıdır:
"Təbii ki, təqdim olunan filmlərdən hamısının uğursuz olduğunu söyləmək düzgün olmazdı. Filmlərdə uğurlu tərcümələr, redaktələr, dublaj və səsləndirmələr də olur.
Ümumiyyətlə, filmlərin tərcüməsi adi kitab tərcüməsindən daha çətindir. Çünki kitabda tərcüməni yalnız duyuruq, amma ekranda situasiyalara uyğun nitq prosesi gedir və sözlər işlənir.
Bu zaman tərcümələr qabarıq şəkildə nəzərə çarpır. Filmlərin dublajına və tərcüməsinə həssas yanaşılmalıdır. Gərək bu iş peşəkarlara həvalə olunsun. Düşünürəm ki, filmlərin tərcüməsi ilə bağlı olan nöqsanlar aradan qaldırılmalıdır.
Tərcümələr yerində olmayanda həmin ifadələr olduqca eybəcər səslənir. Ona görə də bu işə redaktorlar xüsusi diqqət göstərməlidirlər. Hər tərcümədəki nöqsan üçün qurumları günahlandırmalı deyilik. "Çörəyi çörəkçiyə vermək lazımdır”. Gərək hər kəs bildiyi işlə məşğul olsun. O zaman mövcud nöqsanlar da aradan qalxacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə