Əhməd Qəşəmoğlu: "Belə halların qarşısını almağın yeganə yolu mənəvi dəyərləri önə çıxarmaqdır. Hansı qurum istəsə, mən onun proqramını hazırlaya bilərəm"
Hansı ölkədə ki, cəmiyyətin formalaşmasında mənəvi dəyərlər daha fəal rol oynayır, orada insanlar arasında humanist duyğular inkişaf edir , insani davranışlar önə çıxır". Mənəvi dəyərlərə üstünlük verildiyi üçün insanlar arasında hümanist duyğular inkiaf etmişdi. İnsanlar bir-biri ilə daha xoş münasibətdə idi".
Bu barədə "Sherg.az"-a Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılmasına münibət bilirərkən professor, sosioloq Əhməd Qəşəmoğlu bildirib.
Onun sözlərinə görə, 1970 -ci illərdə belə iş görmək heç kimin ağlına gəlməzdi:
"Çünki onda insani və əxlaqi xüsusiyyətlər öndə idi. İslamda əxlaq deyilən bir anlayış var. Əxlaqlı adam belə işə yol verə bilməz. Mənəviyyət olan yerdə belə hadisələr yaşanmır. Cəmiyyətdə belə işlər o vaxt baş verir ki, maddi dəyərlər ön plana keçib mənəvi dəyələri sıxışdırır. Belə olan halda da eybəcər hallar ortaya çıxır. Bu bəla artıq cəmiyyətin qanunauyğunluğuna çevrilib. Belə məsələləri qanunla da tənzimləmək olmur. Sadəcə elə etmək lazımdır ki, mənəvi dəyərlər bütün dəyərlərdən öndə dursun. Belə olarsa, cəmiyyətimiz irəliləyişə, inkişafa nail olacaq. Yox əgər vəziyyət olduğu kimi davam etsə, cəmiyyətdə gərginlik yaranacaq.
Biz çox da böyük ölkə deyilik. Bir neçə milyon aktiv adam var. Vəziyyəti dəyişmək çox asandır. Mən bu barədə fəaliyyət proqramı da təklif etməyə hazıram. Hansı qurum istəsə, mən onun proqramını hazırlaya bilərəm. Bunun da qarşısını almağın yeganə yolu mənəvi dəyərləri önə çıxarmaqdır. Cəmiyyətin tənzimlənməsi üçün mənəvi dəyərlər önə çəkilməlidir. İş görmək lazımdır. Bir ağsaqqal sosioloq kimi bildirirəm ki, bizim ayrı yolumuz yoxdur. Biz bunu hökmən etməliyik. Gecikməyimiz ziyanımıza işləyir. Məlum bəladan xilas olmağın yollarını da təklif edirəm".
Qeyd edək ki, Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Darquba kəndində qeydə alınıb. Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib. Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
Məlumat üçün bildirək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.
Ayyət ƏHMƏD