Prokuror “at” deyə qışqıran qadınlara 10 il cəza istədi





Boğaziçi körpüsündən özünü ataraq intihar edən Erola hadisədən əvvəl "At, görək " deyən Hülya və Merve Özocak haqqında açılan istintaq tamamlandı.

İstanbul Respublika Prokurorluğu tərəfindən hazırlanan iddianaməyə görə, 8 mart 2016-cı il tarixində Erolun Boğaziçi körpüsünün üzərinə çıxaraq intihar cəhd etdiyi bildirildi. Hadisə yerinə gələn polislər tərəfindən intihar edənin fikrindən daşındırıldığı və müdaxilə edildiyi zaman şübhəlilər Hülya və Merve Özocakın avtomobili ilə körpüdən keçərkən intihara cəhd edən Erola "Atılsan, hey” deyib küfr etdikləri ifadə edildi. İddianamədə şübhəlilərin iddiaları qəbul etmədikləri ifadə edildi. Ancaq protokollar və hadisəyə müdaxilə edən polislərin ifadələrində intihardan əvvəl intihara cəhd edənin razı salındığı, ancaq şübhəlilərin bağırtıları, həyarəti qarşısında adamın reaksiya verərək özünü körpüdən atdığı və hadisə nəticəsində öldüyü vurğulandı. Şübhəlilərə 4 ildən 10 ilə qədər həbs tələb edildi. İddianamə qəbul edilsə şübhəlilər, İstanbul Məhkəməsində hakim qarşısına çıxacaqlar.