Prosesin davamlı olmasına ehtiyac var
08:20 07.11.2017
Arxiv
531
Çox yaxşı olar ki, sadəcə bir bankda yox, digər banklar da kredit şərtlərini yumşaltsınlar
Kredit məhsullarının müştərilər üçün əlçatan olmasına çalışan Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb və kreditin faizini azaldıb.
İndi illik faiz dərəcəsi 25 faizdən başlanır. Həmçinin, müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Bundan əlavə kreditin müddəti də artırılıb. Bankın maksimum 15000 manata qədər məbləğdə təklif etdiyi nağd pul kreditini indi müştərilər 36 ay müddətədək ala bilərlər. Əgər müştəri bankdan 36 ay müddətinə 1000 manat məbləğində kredit alıbsa, ayda cəmi 40 manat, 3000 manat aldıqda isə 120 manat pul ödəyəcək. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, eləcə də bankın əmək haqqı, yaxud pensiya kartı ilə filiallara yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri "Avtoödəmə” sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Tətbiq olunan yeniliklə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, nağd kreditlərlə bağlı şərtlərin yumşaldılması şox vacibdir. Ekspertin sözlərinə görə, şərtlər əlçatan olmalıdır ki, vətəndaşlar əvvəlki kimi kreditlərdən istifadə edə bilsinlər:
"Təəssüflər olsun ki, kredit faizləri çox yüksəkdir. Konkret hansısa bank kredit şərtlərini azaldırsa, nəticə etibarı ilə həm özü, həm də müştərilər üçün müsbət addım atmış olur. Amma bunun davamlı olması lazımdır. O cümlədən, kredit faizlərində daha ciddi azalmalar tətbiq edilməlidir.
Həm də çox yaxşı olar ki, sadəcə bir bankda yox, digər banklar da kredit şərtlərini yumşaltsınlar. Ancaq başqa bankların bunu edib-etməyəcəyini söyləmək çətindir. Çünki belə qərarları birbaşa banklar qəbul edir. Nəzərə almaq lazımdır ki, kreditlər həm vətəndaşlar, həm də biznes strukturları üçün olduqca vacibdir. Ona görə də prosesin davamlı olmasına ehtiyac var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual