"İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini əvvəlcədən yazmışdım"
Pul və güc mühüm amildir
İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi
"İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini əvvəlcədən yazmışdım"
"İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini əvvəlcədən yazmışdım"
28 noyabrda Gürcüstanda keçirilən prezident seçkisinin ikinci turunun nəticələri bəlli olub. Nəticələrə əsasən, seçkidə hakim "Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib. Xanım Zurabişvili 59,52 faiz səslə, 40,48 faiz səs toplayan müxalif namizəd Qriqol Vaşadzeni üstələyib. Zurabişviliyə 1,1 milyon seçici səs verib. Gürcüstan MSK-nın sədri Tamar Jivaniya seçici aktivliyinin 56,23 faiz olduğunu bildirib. Qriqol Vaşadze sadəcə iki – Rustavi və Telavi şəhərlərində qələbə qazana bilib. Azərbaycanlıların yaşadığı bölgələrdə də Vaşadze səs itkisiylə üzləşib. O, Marneuli rayonunda 42 faiz, Qardabanidə isə 45 faiz səs yığa bilib. Ölkə xaricində olan seçki məntəqələrində isə Zurabişvili böyük itkilərlə üzləşib. Xaricdəki gürcüstanlıların 64 faizi Vaşadzeni dəstəkləyib.
Gürcüstanda keçirilən seçkinin ikinci turunu "Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib ki, əslində seçkinin ikinci turunda Qriqol Vaşadzenin qələbə çalma ehtimalı yüksək idi.
"Çünki o, hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Həmçinin, ilk turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Ancaq Vaşadze gözlənilənlərin əksinə olaraq, kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu.
"Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki Vaşadze qələbə çalsaydı, İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa, Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli senarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.
İvanişvilinin 600 min gürcünün banklara olan 750 milyon dollar civarında borcunu siləcəyi vədi nəticəsini verdi. Əlbəttə, bu, bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır”. Ekspertin sözlərinə görə, Vaşadzeyə ilk turda səs verənlər ikinci turda fəal olmadılar: "Bir hissəsi ümumiyyətlə II turda səsvermə məntəqəsinə getmədi. İlk turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının da bir hissəsi bu turda iştirak etmədi.
Vaşadze elektoratını fəallaşdıra bilmədi. İvanişvilinin gürcüləri növbəti Rusiya müharibəsi ilə qorxutması ehtimalı da böyükdür. Guya Saakaşvili qayıtsaydı, yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də II turun nəticələrinə təsiri oldu”. Politoloq məğlubiyyətə uğrayan Vaşadzenin bundan sonra nə edəcəyinə də aydınlıq gətirib: "Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Niderlanddan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o, baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına səbəb olar, bu isə öz növbəsində vətəndaş müharibəsi riskini artırar. Ona görə Saakaşvilidən fərqli olaraq, Vaşadze tələsik qərar verməyəcək”.
Politoloq Şahin Cəfərli də bildirib ki, əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil: "Əlbəttə, qanun pozuntuları olub. İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi. Özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin böyük üstünlüyü var, pul və güc mühüm amildir.
İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı. Ən mühüm faktor isə Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi oldu. Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini əvvəlcədən yazmışdım”.
İsmayıl