Putin Avropaya göz dağı verdi






Rusiya prezidenti Vladimir Putin, Qərbin  sanksiyalarına cavab olaraq tətbiq olunan qida embarqosunu "mümkün qədər uzun müddət qoruyacaqlarını' söyləyib.

Forumda danışan Putin, "Bu  tədbirlər daxili bazarımızı qorumağa istiqamətlidi" deyib. O, əlavə edib: "Əlbətdə, yerli istehsalçılarımız bu vəziyyətin uzun sürməsini istəyir".

"Sputink"də yer alan xəbərə görə, Rusiya, Ukrayna böhranı üzündən onlara sanksiya tətbiq edən bir sıra ölkədən bəzi qida məhsullarının alışını dayandırmışdı.