Pütin leysan yağışın altında qaldı - FOTOLAR

Rusiya prezidenti yaş pencəyini çıxarıb, silkələyərək təkrar geyinib
Rusiya prezidenti  Vladimir Pütin,  Almaniyanın hücum etməsiylə Böyük Vətən müharibəsinin  başladığı 22 iyun anım  günündə, Moskvadakı naməlum əsgər abidəsinin  önünə çələng qoyub.  Dövlət başçısı  1941-1945 illər arasında davam edən Böyük Vətən müharibəsində  həyatını itirən milyonlarla sovet  əsgərinin xatirəsi üçün  təşkil edilən mərasimdə, leysan  yağışa baxmayaraq çətirdən istifadə etmədi. Avtomobilinə minməmişdən öncə Putin  yaş pencəyini çıxarıb, silkələyərək təkrar geydiyi də gözlərdən qaçmadı.