Putin narahatdır: "Payızda keçiriləcək parlament seçkilərinə xaricdən müdaxilə ola bilər"
15:50 26.02.2016
Arxiv
667
"Qərbdə bizə dost olmayanlar Rusiyada payızda keçiriləcək seçkilərə hazırlaşır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib.
"Hər kəs bilməlidir ki, maraqlarımızın müdafiəsi uğrunda qanunlarımıza uyğun çalışacağıq”, - deyə o vurğulayıb.
V. Putin qeyd edib ki, payızda keçiriləcək seçkilərə xarici müdaxilə cəhdləri Rusiyanın suverenliyinə birbaşa təhdid nəzərdən keçiriləcək: "Belə cəhdlərə adekvat reaksiya veriləcək. Ksenofob və radikal şüarlardan istifadə edərək cəmiyyətimizin parçalanmasına yönəlmiş fəaliyyətlərin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Belə texnologiyalar mövcuddur və artıq bir sıra ölkələrdə istifadə olunub. Bu, suverenliyimizə birbaşa təhdiddir. Biz bu təhdidə müvafiq şəkildə reaksiya verəcəyik”.
Rusiya prezidenti ölkə ərazisində xarici xüsusi xidmət orqanlarının fəaliyyətindən də danışıb: "Xarici xüsusi xidmət orqanları Rusiyada öz fəallıqlarını möhkəmləndirir. Ötən il gəldiyimiz nəticə bunu təsdiq edib. 2015-ci ildə xarici kəşfiyyat orqanlarının 400-ə yaxın rütbəli əməkdaşının fəaliyyətinin qarşısı alınıb. Onlardan 23 nəfər cinayət məsuliyyətinə cəlb olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual