
Putin Zelenski ilə danışıqlara hazırdır - Buzlar əriyir?
09:24 02.05.2019
Arxiv
809
Proseslər göstərir ki, yeni prezident Poroşenkonun səhvlərini təkrarlamaq istəmir
Ukraynanın yeni prezidenti Vladimir Zelenski bütün rusiyalılara Ukrayna pasportunun verilməsi təşəbbüsü ilə çıxış edib. Bu, Donbasda yaşayanlara Rusiya pasportlarının paylanmasına cavab reaksiyası olub. Zelenskinin təşəbbüsünü Rusiya prezidenti özünəməxsus şəkildə cavablandırıb. Vladimir Putin deyib ki, Zelenskinin mövqeyi razılığa gələ biləcəklərini göstərir: "Ümumi cəhətlərimiz çoxdur. Rusiyalılar və ukraynalılar ümumi vətəndaşlıqdan yalnız qazanardılar. Ümumiyyətlə, hesab edirəm ki, ruslar və ukraynalılar əslində eyni xalqdır. Özünəməxsus mədəniyyətləri, dilləri və tarixləri ilə, amma mahiyyətcə eyni xalq”.
Yeni prezident Zelenski ilə Rusiya lideri Putin arasındakı "yumşalmanı” dəyərləndirən ekspertlər normal müzakirələrin bir sıra nəticələr verə biləcəyini istisna etməyiblər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Zelenski özündən əvvəlki liderlərin səhvlərini təkrarlamaq istəmir. Ekspertin fikrincə, Zelenski xüsusən Poroşenkonun həyata keçirdiyi siyasətdən tamamilə uzaqlaşmaq niyyətindədir:

"Rusiya prezidenti Avropa tərəfdaşlarına bir mesaj verir ki, o, Zelenski ilə danışıqlara hazırdır, amma əsas məsələ Ukraynanın yeni prezidentinin necə mövqe ortaya qoyacağı ilə bağlıdır. Yəni demək istəyir ki, əgər Kiyev tərəfi hazırdısa, Moskva da müəyyən addımlar ata bilər. Əslində bu münaqişə artıq köhnələn konfliktlər sırasına keçməkdədir.
Təcrübə göstərir ki, belə köhnəlmiş münaqişələrə xaricdən maraq azalır. Xüsusən, Avropa İttifaqı üçün daha önəmli və əlverişli şərait yaranır ki, Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirsin və münasibətlərə yeni dinamika versin. Çünki münaqişə tərəflərin ortaq müzakirəsinə imkan vermir. Düşünürəm ki, Avropa bu yükdən azad olmaq üçün müəyyən səy göstərə bilər. Əlverişli şəraiti nəzərə alan Rusiya və Ukrayna, eyni zamanda Avropa ölkələri - Fransa və Almaniya münaqişənin həllini tezləşdirmək arzusundadır. Ancaq müzakirələrin nə dərəcədə faydalı olacağını ancaq zaman göstərəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media