Putini laxlatsa, internet laxladacaq
18:08 17.04.2014
Arxiv
370
Qərb mediası Rusiya prezidenti Vladimir Putinin necə devrilməsinin yollarından yazıb
Putini laxlada bilən internetdir, ancaq bu amildən tam istifadə olunmur.
1994-cü il Budapeşt memorandumuna görə Ukraynanın ərazi bütövlüyünə təminatı ABŞ və Britaniya verib.
Financial Times Putini Rusiyanın ən böyük təbliğatçısı adlandırır. Qəzet misal çəkir ki, 35 il Moskvada məktəbdə tarix müəllimi işləyən İqor Dolitsky vaxtilə hakimiyyətin qoyduğu tabuların əleyhinə söz deməklə, hətta işdən də qovulub. Ancaq şagirdləri arasında həmişə etimadı olub. İndi isə 60 yaşlı müəllim Rusiyanın Krımı anneksiya etməsini tənqid edən kimi şagirdləri onu hətta eşitmək belə istəmədiklərini bildiriblər: "Siz yalan deyirsiniz. Siz Rusiyanı sevmirsiniz”. Hətta şagirdlər müəllimə deyiblər ki, "Çıx, get Rusiyadan”.
Time yazır ki, sanksiyaların hər iki tərəf üçün ziyanından çox danışırlar, ancaq sanksiyalar Rusiyaya daha çox ziyan vuracaq, nəinki Qərbə. ABŞ-ın Dövlət katibi Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Lavrovla görüşəndə enerji, bank və s. sektorlar üzrə sanskiyalar hədəsi ən güclü silah olacaq.
Time ABŞ-ın statistik göstəricilərinə əsaslanaraq yazır ki, ABŞ-ın Rusiyaya illik ixracı 11,2 milyard dollar olub. Rusiya ABŞ-a ildə 26,4 milyard dollarlıq mal və məhsul satır.
Bu, onların ümumi ixracında hansı yeri tutur?
ABŞ-ın dünya üzrə illik ixracı 1 trilyon 370 milyard dollardır. Rusiyanın dünyaya ixracı ildə 508 milyard dollardır.
Bu göstəricilərə görə, sanksiyalardan ABŞ-a dəyən ziyan qat-qat az olacaq, nəinki Rusiyaya.
Guardian yazır ki, Ukraynanı müdafiə etmək Qərbin öhdəliyidir və Rusiya bunu anlamalıdır. Qəzetin fikrincə, Qərb daimi olaraq Putinin hərəkətlərini əvvəlcədən görə bilmir, daha sonra isə buna cavab verməkdə gecikir.
Qəzet yazır ki, Putinin Sovet İttifaqının bütün hissələrini birləşdirmək kimi nəhəng planı yoxdur. Ancaq aydındır ki, onun başqa məqsədləri var. O, bu məqsədləri süni olaraq "rusların müdafiəsi”, "Rusiya dünyası” kimi ifadələrlə pərdələyir.
Guardian hesab edir ki, Qərb Putinə çox aydın şəkildə bildirməlidir ki, Rusiyanın Ukraynaya yeni müdaxiləsinə mənasız sanskiayalarla yox, Qərbin Ukraynaya ciddi hərbi yardımı ilə cavab veriləcək.
Guardain xatırladır ki, 1994-cü il Budapeşt memorandumuna görə ABŞ və Britaniya Ukraynanın ərazi bütövlüyünün təminatçısıdır.
Financial Times yazır ki, bütün məhdudiyyətlərə baxmayaraq Rusiyada Putin rejimini laxlada bilən bir qüvvə var. O da internetdir. Ancaq qəzet əlavə edir ki, "əgər bu amildən istifadə etməyə cəhd edən olsa”.
Vircinia Politexnik İnstitutunda Rusiya siyasəti üzrə dərs deyən Steven Wilson qəzetə deyir: "İnternet rəngli inqilablarda və ərəb baharında mühüm rol oynadı. Çünki əvvəlcə internetdən istifafədə bir sıçrayış oldu. Rusiyada isə bunu hələ görmürəm”.
(Mənbə Azadlıq Radiosu)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi