"Qaçqınkom"a daha bir vəzifə tapşırılıb
14:08 24.02.2017
Arxiv
528
Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
APA-nın məlumatına görə, bununla bağlı bu gün Nazirlər Kabineti müvafiq sərəncam verib.
Baş nazir Artur Rasizadənin imzaladığı sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi işini davam etdirmək məqsədi ilə Komitənin aparatının mövcud ştat sayı dairəsində İşçi Qrupu yaratsın, həmin İşçi Qrupunun tərkibinə mövcud İşçi Qrupuna daxil olan mütəxəssisləri və aidiyyəti dövlət orqanlarının nümayəndələrini cəlb etsin. Dövlət Komitəsi yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını təmin etməli, münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etməli və görülən işlər barədə hər ilin sonunda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçiriləcək. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial
ABŞ sanksiyaları qəsdən Avropa məmurlarına şamil etmədi - KİV
12:52 26.12.2025
Gündəm