"Qadanız alım, mənə balamdan bir xəbər gətirin" -Oxran Zeynalovun anası
11:57 04.04.2017
Arxiv
1283
Rusiyada həbsdə olan azərbaycanlı Orxan Zeynalovun anası Yasəmən Zeynalova Sherg.az-a danışıb.
Oğlundan xəbər ala bilmədiklərini söyləyən ana elə bizim sayt vasitəsilə dövlət orqanlarına müraciət edib:
"Ötən ilin yayında Rusiyaya, Orxanın yanına getmişdik. Bizi buraxmadılar. Özüm xəstəyəm, oğlumun başına gələn bu hadisədən sonra daha da təzyiqim daha da yüksəlib. Ayaq üstə güclə dayanıram. Xəstəyəm deyə burdan Rusiyaya oğlumun yanına gedə də bilmirəm. Onun dərdi məni öldürür. Qurban olum, qızım, əlaqə saxlayın oğlumla, maraqlanın, səhhəti necədir, yaxşıdırmı? Bircə, xəbər çatdırın mənə, heç olmasa”.
Yasəmən Zeynalova Orxan Zeynalovun qaytarılması üçün aparılan bütün işlərin dayandırıldığını deyir. O bildirib ki, dövlət orqanları daha məşğul olmurlar:
"Yayda necə pis vəziyyətdə Rusiyaya getdim bir allah bilir. İndi deyirlər ki, yerini dəyişdiriblər. Bilmirəm heç indi haradadır. Dövlət orqanları, səlahiyyətli adamlar bizə heç nə demirlər. Bəs hələ o vaxt deyirdilər ki, gətirəcəyik oğlunu? Niyə gətirmədirlər? Heç ümumiyyətlə, maraqlanan yoxdur. Bütün proseslər dayandırılıb. Neçə dəfə atası məktub göndərib, aidiyyatı qurumlara, deyiblər ki, məşğul oluruq, cavab göndərəcəyik. Amma nə məktublarımıza cavab verilir, nə də zənglərimizə.
Özü ilə də danışa bilməmişik. Nə telefonla danışmağa icazə verirlər, nə də məktubları gəlib, əlimizə. Qurban olum, çox xahiş edirəm, bununla maraqlanın, bizə bir cavab deyin. Mənim balam günahsız tutuldu. Allaha and olsun, günahsız cəza çəkir. Qadanız alım, mənə balamdan bir xəbər gətirin. Cavan oğlandır, o hələ heç ailə qurmayıb, ömrü həbsxanada çürüyür. Mən anayam, nələr çəkdiyimi bir allah bilir. Zahid (Orxan Zeynalovun atası) çox şeyi açıqlaya bilmir. Mən bir ana kimi sizə yalvarıram. Ölkə başçısına da müraciət edin, bizim adımızdan, Mehriban xanıma məktub yazın, mənim balama kömək olun, qadanız alım. Xəstəliyim də ağırlaşır, oğlumun dərdi məni öldürəcək”.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov 2013-cü ildə Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinir. Orxan Zeynalov ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya