Qadın hər kəsi təəccübləndirdi

Doğuş zamanı özünə makiyaj etdi



Amerika Birləşmiş Ştatlarında gənc qadın doğum zamanı hər kəsi təəccübləndirib. İşini doğum evinə köçürən peşəkar kosmetoloq doğumla yanaşı özünə makiyaj edib.

Daha sonra fotoşəkilləri instaqram hesabından paylaşan 27 yaşlı Alaha Majid şəkillərdə əməliyyat zamanı bir tərəfdən də yatağının üstündəki ştativə yerləşdirdiyi onlarla makiyaj vəsaitindən istifadə edərək üzünə makiyaj etdiyi görünür. Qızı Sofa Alaya 15 fevralda dünyaya gətirən gənc qadın "Sıxılmalar əsnasında fasilə verir, sıxılma keçdiyində makiyajıma qaldığım yerdən davam edirdim. Yalnız ən sevimli makiyaj alətlərimi xəstəxana çantama atmışdım” - deyib. Gənc ana qızını ən gözəl halı ilə qarşılamaq üçün makiyaj etdiyini bildirib.