Qadını bu hala salmışdı: Profil fotosu ələ verdi (Fotolar)

İngiltərədə keçən il bir qadının üzünə turşu atan təcavüzkarın ictimai media hesabındakı profil şəkili təcavüzkarı ələ verdi.
Keçən il İngiltərə Soutqemptonda bir barda oturan 37 yaşlı Carla Whitlockun üzünə turşu atan 23 yaşlı Billy Midmore və qardaşı yenidən hakim qarşısına çıxacaq. Təkrar mühakimə olunmağa səbəb isə Billy Midmorenin Facebook hesabındakı profil şəkili oldu...
O görüntüdə Carla Whitlockun üzünə turşu atmaqda günahlandırılan Midmore əlindəki cib telefonundan qadının yerdə ağrılar içində qıvrılarkən bir foto göstərir. Eyni zamanda təcavüzkar gülür. Ayrıca Billy Midmorenin profilindəki adın "Billal Midmore" olduğu və altında "zarafatcıl" yazdığı görünür. Arxa planda isə Midmorenin saqqallı bir fotosu var.
Gənc ana keçən il yaşadığı qorxunc hadisədə üzünün yarısında və çiyinində ciddi yanıqlar var. Gözünə də düşən turşu qadının görmə qabiliyyətini itirməsinə səbəb olub. Hadisə anını izah edən bir hal şahidi qadının ağrılar  içində qışqıraraq yerdə qıvrıldığını, o zaman heç bir şey görə bilmədiyini izah etmişdi.