Qafqaz Universitetindən Fətullah Gülən açıqlaması
14:19 29.12.2013
Arxiv
1727
Qafqaz Universiteti son vaxtlar bəzi mətbuat orqanlarında ali məktəb və əməkdaşları haqqında yazılan məlumatlarla bağlı açıqlama verib.
Qafqaz Universitetinin mətbuat xidmətindən ali məktəbin ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Natiq Paşanın adından AzNews.az-a verilən məlumata görə, açıqlamada bildirilib ki, yazılarda Qafqaz Universiteti və onun əməkdaşları ilə əlaqəli ortaya atılan iddiaların heç bir əsası yoxdur:
"Qafqaz Universiteti nümunəvi tədris mərkəzi olub, onun və əməkdaşlarının əsas qayəsi təhsil alanlara peşəkar tədris xidmətləri göstərməkdir, yazılarda iddia edildiyi kimi hər hansı bir siyasi təbliğat etmək, düşmənlik və nifaq toxumları saçmaq deyil”.
Açıqlamada qeyd edilib ki, universitetin auditoriyalarında və akt zallarında 24 saat ərzində video-səs yazı və 30 gün yaddaşında saxlama imkanı olan kamera sistemi var.
Xatırladaq ki, bəzi media vasitələrində yayılan xəbərdə bildirilib ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tələbələri toplayaraq Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana etdiyi qarğışa amin deməyə çağırıb. Bu cür halların Çağ Öyrətimin orta məktəblərində və Araz kurslarında da təkrarlandığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Fətullah Gülənin Türkiyədəki hadisələrlə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğana etdiyi qarğış videosu yayılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya