Qafqazın geotektonik xəritəsi hazırlanacaq
11:42 12.05.2016
Arxiv
375
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Gürcüstan və Rusiyalı həmkarları ilə birgə "Qafqazın neotektonik xəritəsi”ni tərtib etməyi planlaşdırır.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, xəritədə geoloji təkamülün ən yeni dövründə – son 10-12 milyon il ərzində Qafqazın ərazisinin dərinliklərində geotektonik hərəkətlər, şaquli və üfüqi proseslərin diferensiasiyası, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar öz əksini tapacaq.
AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə nəzərdə tutulan layihə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) müzakirə olunub. AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA-nın müxbir üzvü Tələt Kəngərli GMEA-nın vitse-prezidenti, akademik İrakli Qamkrelidze, həmçinin Yer Elmləri İnstitutunun rəhbərliyi və heyəti ilə görüşüblər. Görüşlər zamanı sözügedən xəritənin tərtibi istiqamətində qarşılıqlı imkanlar araşdırılıb.
GGİ əməkdaşlarının eyni məqsədlə növbəti görüşü mayın sonunda Rusiya Elmlər Akademiyasının Geologiya və Yerin Fizikası İnstitutlarında olacaq. Üç ölkə alimlərinin hazırlayacağı xəritənin nəşri 2018-ci il üçün nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media