
QAĞAYI NAĞILI - Hekayə (Malik OTARBAYEV)
Hekayəsini "Şərq” qəzetinin sevimli oxucularına təqdim etmək istədiyim Malik Otarbayev Qazağıstanın Cambıl vilaytində doğulub. Süleyman Dəmirəl Universitetini bitirib. Əl Fərabi Qazax Milli Universitetinin Beynəlxalq əlaqələr və xarici siyasət fakültəsində işləyib.
"Kalamger” ədəbiyyat jurnalının baş gedaktoru, Uluslararası Türk Kültürü Teşkilatı TÜRKSOYda Qazağıstan Mədəniyyət və İdman nazirliyinin təmsilçisi, Qazağıstan Respublikasının Türkiyə səfirliyinin üçüncü katibi vəzifələrində çalışıb. Qazağıstan Yazıçırlar Birliyi Rəyasət heyyətinin üzvüdür. Kazağıstan respublikası gənçlər birliyinin "Sərpər” və beynəlxalq Cambul mükafatlarına layiq görülüb."Oykazan” (Düşüncə qazanı), "Bir Hayırı Var Dünya” hekayə kitablarının və "Sonsuz Mutluluk” tiatro əsərinin müəllifidir. Bundan başqa Qazax ədəbiyatından 14 əsəri türk dilinə, Türk ədəbiyatından 4 əsəri isə qazaxcaya tərcümə etmişdir. Bir çox hekayəsi uluslararası gəzet və jurnallarda çap olunmuşdur.

Məmməd İSMAYIL
QAĞAYI NAĞILI - Hekayə (Malik OTARBAYEV)
Səsi, bərə gəmisinin uğultusunda boğulmasına baxmayaraq, gənc adam, dənizin ona hiss etdirdiyi bir sevinclə "E-hey,e-hey!" deyərək rüzgara qarşı uçan qağayılara səsləndi: Sonra səsinin yetdiyi qədər bağırdı.Hər yerdə belə haykıra bilməzdi.Bunu yalnız Tanrı dağlarına çıxdığı zaman edə bilirdi.
Tölügen Süleymaniyyə məscidində namaz qılmağa yetişə bilməyəcəyinə görə əndişələndi. Namazdan sonra, məşhur Erzincan Əli Baba restoranında quru fasulyə yeyəcəkdi. Həftə sonlarında tarixi yerləri ziyarət etməyi çox sevirdi. Buna görə də dənizlə səyahət etməyi qərara almışdı.
Qağayıların qanadları arasından süzülən ağ dalğalara baxdı. Bu sehirli dalğaların səsi ilə, sərnişinlərin dalğalara atdığı çörək qırıntılarını qapan qağıyların başdöndürücü uçuşuyla daldığı nağıllar dünyasından onu xırdavat satan səyyar satıcının "Açarlıq istərsənmi, qardaş”səsi ayırdı. Açar zincirini gərəyi olmadığına görə almadı. Narahat adamların qayğılarına əhəmiyyət verməyən, Asyadan hərəkət edib Avropa sahillərinə doğru təmbəl-təmbəl yaxınlaşan bərə gəmisi sabit bir sürətlə yoluna davam edirdi.
Boğaz suları Tölegenin gözlərini qamaşdırdı. İçində həm qələbəliyi, həm də tənhalığı barındıran dəniz də eyniylə onun özünə bənzəyirdi. Bərə gəmisi qayağıların müşaiyətində Eminönü limanına yaxınlaşdığı zaman minarələrdən azan səsi yüksəlməyə başladı. Tölegen bərə gəmisindən enib Süleymaniyyə məscidinə doğru üz tutdu. İstanbulun üçüncü təpəsi üstə əngin bir ucalıqda xəyalları süsləyən məscidin minarələri, namaz oxundugca daha möhtəşəm görünürdü.
Qübbələrin ətrafında uçuşan göyərçinlər mollanın yanğılanan səsinə sanki qulaq kəsilmiş kimi qanad səslərini qısaraq uçuşurdular.Köhnə zamanların yükünü daşıyan yaşlı çinar ağacları rüzgarın xəfif xışıltısıya azan səsinə yoldaşlıq edər kimiydi. Ətrafda oynayan dilənçi uşaqların nəşəli gülüşləri, sanki məscid həyətindəki məzarların yalqızlıqlarını unutdururdu.
Məscidə daxil olan Tölegen, mollanın arxasında sıraya durdu. Bu müqəddəs məkanın sirli atmosferi xarici dünyadan tamamilə fərqlənirdi. Namazın sonunda molla uzun –uzadı dua etdi. Onun duası bir yalvarış, bir içini boşaltma idi. Göyə açılan əlləri sanki səmalar uzağına dəyəcək kimiydi. Bəlli ki, qəlbi yaralıydı, dünyada baş verənlərdən narahatdı. Kəlmələri təsbeh çəkər kimi bir-bir ipə-sapa düzür, uc-uca calayırdı:
Ey uca Allahım, biz daima sənin işığına həsrət qatı bir kölgə içindəyik”. Üzümüzdə su qalmadı, düşüncələrimizdə həyat. İndi sanki öz qorxularımızın dəliliyini yaşayırıq. İki qatlanmışıq. Doğrulub hərəkət edə bilmirik. Günahkar tövbə bilməz, izləyənlərdən səmimi bir səs çıxmaz. Bizi biz edən insani dəyərlərimizi itiririk. Günahlarımız dənizləri çirkləndirəcək böyük və ürpərdiricidir. Bir-birimizi öldürür, günahsız insanları ağladırıq. Dəniz belə biz insanlar üzündən bağrına düşən insan övladını çarəsizlikdən sahilə atdı. Allahım, çətinliklərimizi dərgahına açır, səndən dərman istəyirik. Ümidimizi ümidsizliyin insafsızlığına buraxma…
Dua başa çatdıqdan sonra deyilənlərin təsiri altında məscidə toplaşanlar üyüşmüş ayaqları ilə yerlərindən qalxaraq bayıra çıxmağa başladılar. Onları qapıda dilənçi uşaqlar qarşıladı: Dilənmək üçün ən münasib an, mollanın uzatdığı duaların ardından gələn andı, dilənən uşaqlar bunu bilməmiş deyildi. Tölegen mollanın söylədiklərindən o qədər təsirlənmişdi ki, bir müddət olduğu yerdən qalxa bilmədi. Gözləri doldu. Qağayının gözlərində gizli olan masmavi dənizin qaranlıq taleyini görmüşdü bir anda. Dənizin qaranlıq dalğalarında çalxalanan qayıqda qorxu içində gözləyən insanlar gözləri önündə bəlirdi. Şaxtalı gecənin qaranlığında ölümə sarılan uşaqları gördü və ürpərdi. Onların sağ-salamat sahilə çıxmasına kömək et, deyə əl açıb göylərə yalvardı.
Sonra bazarda al-ver edən anasını, taksi sürücüsü olan təqaüdçü atasını və qardaşları Ayman və Aybekin bu anda nə iş gördüklərini, harada olduqlarını düşündü. Onlara da dua etdi. Ailəsinə qovuşmağı və süfrə başında oturub onlarla uzun-uzun danışmağı arzuladı.Atasının maşınını yuduğunu, anasına bazar işlərində kömək etdiyini, qardaşlarıyla birlikdə kitab oxuduğunu xəyal etdi.Gözlərindən damla-damla yaşlar axmağa başladı.Ailəsini, anası ilə atasının dadlı təbəssümləri üçün darıxmışdı, həm də lap çox.
Tölegen ətrafa baxdı və içəridə kimsənin qalmadığını gördü. Bayıra çıxıb dərin bir nəfəs aldı. Yüzillər öncə böyük bir sənətkarlıqla tikilmiş məscidə baxdı. Mərmərdən tikilmiş bu tarixi əsəri uzun müddət ayaqda saxlayan daşların dayanış gücünə heyrət etdi. Əgər bu daşlar hardasa ayaq altında qalsaydı, o, yalnız bir daş olardı, bir kimsə onlarla maraqlanmazdı. O daşlar bu ölümsüz əsərin-məscidin bir hissəsi olduğuna görəi dəyər qazanmışdır. İnsan oğlu da belə deyil mi? O da özünə uyğun bir yer taparsa, dəyərli olur. Heç kəs evindən uzaqda, amansız qaranlıq dalğalarda qalmamalıdır Məscidin yan küçəsindəki tarixi restorana doğru irəlilləməyə başladı.
Restorana uzanan səki üzərində oynayan suriyalı uşaqlar, Tölegenin gəlişini gözləyirmişlər kimi onu görər-görməz önünü kəsdilər:
"Allah rizası üçün” deyə əllərini uzatdılar.Və bununla da qalmayıb yalvara-yalvara arxasınca düşdülər. Köhnə, cır-cındır patlar giymiş və çılpaq ayaqlarına neylon çəkələt keçirmişdilər.Saçları kirdən bir-birinə yapışmış, gözləri zığ içində idi.
Azca irəlidə söhbət edən qadınlar, Tölegenin soyuqqanlı yerişini görüb öz dillərində dilənçi uşaqlara səslənib dağılmalarını istədilər.Ətrafını bürüyən uşaqlar sanki qadınların sözlərinə bəndimiş kimi dərhal Tölegeni izləməyi buraxıb ətrafa dağılışdılar.
Tölegen qadınların gözlərinə baxmadan tez keçib getmək istədi. Gözlərinə baxmadı, çünki dilənçinin gözlərinə baxanda, üç-beş quruş vermək lazım olduğunu yaxşı bilirdi.Ancasq onlara deyil, həqiqətən də ehtiyacı olanlara yardım etmək istəyirdi. Restorana çatar-çatmaz gözlənilməz bir iş oldu. Bir anda incə barmaqlı bir əl pencəyinin qoluna toxunaraq xəfifcə çəkişdidiyini hiss etdi:
- "Allah üçün kömek berinizşi ağda!" dediyini duydu. Diksindi. O, zəif bir ədayla ona qazaxca səslənənə tərəf dönüncə yalvaran gözlərlə baxan kiçik bir qız uşağını gördü. Bu qızcığaz ona qazaxca "Allah rzasına kömək edin” deyə yalvarmışdı.Tölegen çaşqınlıq içində:
-Sən kimsən, kimin qızısan? deyə soruşdu.
Qırmızı yamaqlı paltar geyən və saçları vız-vız olan qız uşağı səsini çıxarmadı. Bəlli ki, Tölegenin qazağca danışması qızı çaşdırmışdı. Ona belə bir sualın veriləcəyini gözləmədiyi tutqun sifətindən görünürdü. Bir anlıq çaşqınlığı üzərindən atandan sonra gülümsəyərək,bu səfər türkçə:
"Nə olur, Allah rizası için!” deyə əlini uzatdı.
Tölegen həm qazaxca həm də türkcə yeniden soruşdu:
"Sənin anan, atan hardadı? Kimin kimsən varmı? Burda nə işin var? Yoxsa itginmi düşdün? Adın nədir sənin?”
Qız yinə cavab vermədi. Tölegen, qızın gözü bərabəri çömələrək incə əllərindən tutdu. Mərhəmətlə baxdı:
-Acsanmı? Bu gün yemək yemisənmi?” dedi.
O anda insanın içini sızladan bir duyğu və hüzün dolu təbəssümlə ilə qızın gözləri parladı və aç olduğunu söyləyərək ağlamaya başladı. Gözlərindən süzülən yaşlar, əsmər yanağındakı tozlara qarışıb çızıq- çızıq izlər buraxırdı.
Tölegenin kiçik qızla danışdığını fərq edən qadın sürətlə yanlarına gəldi. Siyah baş örtüsünü düzəldərək qızın qolundan yapışdı. Yapışmağıyla da tələsik yanına çəkdi. Yarıtürkcə, yarı özi dilində qızı təsəlli etməyə çalışdı. Ağlamaya davam edən qız qadının uzun etəyindən yapışdı. Arıq üzlü, əsmər qadın şuxluğunu itirmiş gözləriylə Tölegenə baxdı.
Tölegen, qadına Qazağıstandan buraya oxumaq üçün gəldiyini, iki ildir İstanbulda yaşadığını, kimsəyə də bir zərərinin toxunmayacağını, kiçik qıza sadəcə yemək yedirmək niyyətində olduğunu tələsik başa salmağa çalışdı.
Qadın, qızın başını oxşayaraq:
-Bax, övladım, o da sənin kimi qazaxmış. Böyük qardaşın sayılır.” dedi. Kiçik qız, qadının ətəyin buraxmadı.
Tölegen, israrla onlara birlikdə yemək yemələrini söylədi. Çünki kiçik qızın necə buralara gəlib çıxdığı, ailəsinin yox, bu qara başörtülü, sönük baxışlı suriyalı qadının yanında olduğu çox maraqlandırırdı.
Qadın:
-Yox, sağ olun,- dedi. Sonra kiçik qızı çəkişdirərək:
-Gəl,- dedi. Restoranın arxasına gedək birlikdə? Oraya atılan yeməkləri alarıq.
-Çöplükdənmi? deyə çaşqınlıqla və təlaşla soruşdu Tölegen. Onun bu cür çaşırmağına heyrət edən qadın, Tölegenə:
-Qardaş, sən də bizim kimi uzaqlardan gəlmiş qəribsən. Vəziyyətimizi başa düş. Həm biz də az deyilik. Qələbəliyik,- deyə az aralıda duran çılpaq ayaqlarına neylon çəkələt geymiş uşaqları və analarını başıyla işarət etdi.
Bir solğun bənizli kiçik qıza, bir də az aralıda duran uşaqlara baxdı Tölegen. Yanındakı pul hamısına birdən yemək almağa yetməzdi. Bir an duruxduqdan sonra:
-Siz burada gözləyin, mən indi restoran sahibiylə görüşüb qayıdacam,-deyərək yanlarından sürətlə ayrılıb restorana doğru addımlarını yeyinlətdi. Bu məşhur restoranın sahibi Məhmət bəy, Tölegeni tanıyırdı. Necə tanımayaydı, namaz qılıdıqdan sonra restorana yeməyə gələn qıyıq gözlü çox adam yoxdu ki?! Məhmət bəy, Türk dünyası sevdalısıydı. Buraları ziyarətə gələn Orta Asyalı tələbələrə tez-tez yemək alardı. "Bizlər oralardan gəldik. Sizlər kimi qardaşlarımız olmasa, biz buralarda yalqız qalardıq,- deyərdi.
Tölegen, həyəcanla Məhmət bəyə olanları söylədi və kiçik qazax qızla suriyalı qadın və uşaqlara yemək sifariş etmək istediyini, hesabı daha sonra ödəyə biləcəyini söylədi. Məhmət Bey əvəlcə təklifə müsbət yanaşmadı, amma sonra Tölegenin israrına dayanamadı:
-Canın sağ olsun, dostum! Pul-para almaram. Həm də bu gün çok şükür, işlər yaxşı gedir. Sənə bir şey deyimmi? Bizləri suriyalı qardaşlarımızdan da soyutdular. Müsləlman, müsəlmana acımaz oldu. Təbii ki hər millətdə beş quruşa dəyməyən insanlar var, amma madəm sən "Allah rızası üçün!” dedin, çağır gəlsinlər. Biz burda yaxşılıq etməyəcəyiksə, nəyə lazımıq?
O anda dünyalar Tölegenin oldu.
Restoranın bağçasındakı süfrədə yeməyə dalan uşaqları diqqətlə izləyən qadınlar, gözyaşlarını silərək restoran sahibinə və Tölegenə təşəkkür etdib dua oxudular. Uşaqların həyatlarında bu qədər dadlı fasulyə yemədikləri hər hallarından bəlliydi. Süfrədəki soğanları belə çörəksiz yeyib bitirdilər. Masada qazax qızını yanına oturdan siyah örtülü qadına, özünü tanıdan Tölegen qızın başından keçənləri öyrənməyə çalışdı.
Qadın qarnı doyduqdan sonra kiçik qızın başını oxşayaraq danışmağa başladı:
-Qardaşım, bu qızın adı Aysamaldı,- dedi. Altı yaşı var. Biz, onunla qohum-filan deyilik. Anası Aynur xanım, Şamda bizim qonşumuzdu. Aysamal, eyni zamanda da mənim şagirdimimdi. Mən iptidai sinif müəllimiydim. Çox heyif ki, müharibə, bizi də buralara qədər sürüklədi. Aysamalın atasını heç görmədim. Ailəsini də alıb döyüşmək üçün Suriyaya gəlibmiş. Böyük miqdarda pul qazanacaqlarını düşünürmüş. Qızını və həyat yoldaşını Şamda qoyub döyüşməyə getmişdi. Sonradan Hələbdə bir çatışmada öldüyü xəbəri gəldi. Meyidini belə göndərmədilər.
-Yaxşı, anasına nə oldu?” deyə həyəcanla maraqlandı Tölegen.
Suriyalı qadın hüzünlü gözlərini yerə dikərək sözə başladı:
-Aynur xanım, gəldiyinə peşmandı. Vətəninə dönmək istəyirdi. Qohumlarına məktub göndərib Şamdan geri qayıtmasına kömək etmələrini istəmişdi. Amma xeyri yoxdu, çünki Suriyaya gəlməklə göbək bağını-vətənlə əlaqəsini öncədən kesmiş sayılırdı. O zaman Suriya dönülməz bir döyüş meydanıydı.
Sonra ikimiz də müvafiq dövlət təşkilatlarına müraciət edib onların vətənlərinə geri dönmələri üçün çox çalışdıq. Amma kimsə maraqlanmadı. Hətta ruslara belə müraciət etdik, onlar da kapılarını üzümüzə qapatdılar.
Sonra nə edəyi, necə edəcəyi düşünərkən o gün iki övladımla birlikdə Aysamalı da yanıma alıb məktəbə getmişdim. Yaxşı ki almışammış.Az sonra bomba atılmış, hər şey yerlə bir olmuş, Aynur xanım da, yaralanmışdı. Beləcə ev-eşiksiz qaldıq. Həyat yoldaşım da çoxdan vəfat etmişdi. Aynur xanımla Aralıq dənizi üzərindən Türkiyəyə gedə biləcəyimizi öyrəndik. Buradaki qaçqın düşərgələrinə sığınacağımızı və rahat yaşaya biləcəyimizi düşündük.
-Buralara dənizi geçərəkmi gəldiniz?”
-Əlimizdə, ovcumuzda nə vardısa verib bir qayıq kiraladıq. Qələbəlikdi. Çolux-çocuk, gənç-yaşlı, qadın-kişi qayığa doluşduq. Türkiyə sərhəddini rahatlıqla keçəcəyimizi söylədilər. Mənimlə birlikdə iki övladım, xalamın iki qızı və onların uşaqları, bir də Aynur xanımla Aysamal vardı. Uzun yolculuğa çıxdığımız o gün hava açıktı, günəşliydi. Amma nə oldusa, o axşam oldu...
-Nə oldu?” dedi Tölegen həyəcanla.
-Ah qardaşım, gecə bir fırtına qopdu, gözlüllər olsun, görməsin, aman Allah, həyatımda heç elə bir qorxu yaşamamışdım. Dalğalar yüksəldikcə yüksəldi, sonra bizi gah o yana, gah bu yana çırparaq elə yelləyirdi ki qayığın kənarından tutmağa belə gücümüz qalmamışdı. Buludların arxasına gizlənən ay, sanki üzümüzə baxmağa utanırdı. Dalgalar qayığı dibsiz bir qaranlığa sürükləyirdi. Bir anda sanki dəliyə dönmüş bir dalga, qayığı elə qaldırdı ki, hardasa əlimizi uzatsaq buludlara dəyəcəkdi. Yuxarı qaldırdığı kimi birdəncə hamımızı aşağıya atdı. Hər eniş- qalxışda dənizin dipsiz dərinliyinə qərq olacağıq deyə qorxurduq. Və ən qorxduğumuz da başımız gəldi. Dalgalar vurduqca qayıqdan qadınlarla uşaqları tək- tək fırladıb dənizə atırdı. Onları qurtara bilmədik. Bir çətinliklə dönüb yan tərəfimə baxdım, Aynur xanım da yox olub, suya gömülmüşdü. Aysamal, ayaqlarımın yanında, ətəyimə sıxıca yapışıb qurtarmışdı. Yeni bir dalgayla özümdən getdim. Gözlərimi açanda bir bərə gəmisində olduğumu gördüm. Ətrafımız adamla dolu idi. O fırtınalı gecədən geriyə bax bu gördüklərin qaldı.
Qadın, içini çəkərək ağlamağa başladı. Hərkəs qulaq kesilib onu dinləyirdi. Kənarda oturan Məhmət bəy isə üzüntüdən dizlərinə döydü:
-Allahı sevərsiniz ağlamayın. Demek Allah, sizin övladlarınızla bərabər yaşamağınızı istəmiş. Şükr etməyiniz lazımdır,- dedi boğazı düyünlənərək. Başqa təsəlliverici söz çıxmadı ağzından. Tölegen ardından:
-Adınız nəydi? deyə soruşdu.
Alnına düşən baş örtüsünü düzəldərək:
-Çox şükür, qardaş çox şükür! Adım Nisadır” dedi,- qadın.
Sonra oğlana acı dolu gözlərlə baxdı və aylardır bağrında daşıdığı o ağır yükü xəfiflətmək istər kimi təkrar danışmağa başladı:
-Deyərsənmi, qardaşım bir qazax ailəsinin Suriyada nə işi vardı? Onlar da müsəlman deyilmidir? Dalaşana deyil, dalaşdırana baxmaq gərəkməzmi? Mənim bildiyim yüzlərcə qazax, qırgız, türkmən və başqa millətdən olan insanlar gedib döyüşdülər orda. Cihada gedirik deyə aldadıldılar. Allahın onları bağışlıyacağınımı düşünürlər? Bax, kimsə oradan sağ geri dönmədi. Allah eşqinə, bütün bunlara kimsə dur deyə bilməzmi? Bizlər ölmək üçün deyil, yaşamaq üçün gəldik bu dünyaya! Mən də vətənimə dönmək istəyirəm! Övladlarımın buralarda belə dilənçi kimi dolaşmalarını istəmirəm. Bizim də xəyallarımız, gecələri övlatlarımıza danışdığımız nağılllarımız, röyalarımız vardı. İndi hamısı bir qağayının qanadına taxılıb getdi. Artıq dalğalar deyil sahilə vuran. Məsum uşaqlarımızın cansız bədənləridir.
Bax, qardaşım, müsəlman görünən ikiüzlü dinsizlərdəndi çekdiyimiz . Suriyada bacımı qaçırdılar o zalımlar. İndi düyüş meydanlarında kefini görürlər, sonra onu da öldürəcəklər, diğər qızlarımızı da. Buraya gəldikdən sonra bizim suriyalılar qardaşım uşaqlarını götürdülər. Xalam qızlarımı da məndən xəbərsiz satıb evləndirdilər. Övlatlarımı, Aysamalı zorla qurtardım.”
Nisa xanımın insanlığı utandıran sözlərindən Tölegen utanıb nə söyləyəcəyini bilmədi. Aysamalın ailəsi kimi ailələrin nə işi vardı Suriyada? Bu uşaqların günahı nəydi? Ayağını torpağa könül rahatlığıyla basan günümüz insanı, dənizin dalgalarıyla boğuşub bir xoş təsadüflə sağ-salamat sahilə qovuşan bu uşaqların üzünə sabah necə baxacaq? Bu vəziyyət yolunu çaşan insanlara doğru yolu göstərə bilməyən cəmiyyətlərin nə qədər gücsüz və zəyif düşdüklərinin göstəricisi deyil mi?
Qadının söylədiklərindən sonra Tölegenin könlünə fərəhlik verən günəşli hava birdən birə qaralmışdı. Ümitlər ümitsizlyin insafına buraxılmışdı. Amma yurdsuz, yuvasız və yetim qalan Aysamalın təbəssümlə işıqlanan çöhrəsinə baxığı anda buludların arasından bir günəş şuası parlamaya başlamış kimi oldu. Çünki bütün çətinliklərə baxmayaraq onun varoluşu, həyata məna yükləyir ve onun ürəyini isidirdi.
Nisa xanım, Aysamal ilə görüşməyimə icazə verəsizmi? Hərdən gəlib ona nağıllar danışmaq istəyirəm. Hətta belə olsa sizinlə də tez-tez görüşüb danışa bilərik. Mən də Sizin kimi gələcəkdə müəllim olmağı düşünürəm.
-Əlbəttə olar, qardaşım, niyə də olmasın.? Aysamal üçün valiliyə də müraciət etmişik. Məsələ belədir ki, bu işi həll etsələr, lazımi sənəd düzəldə bilsək Aysamal qızımızı vətəninə göndərəcəyik. Çünki hər uşaq öz vətənində böyüsə yaxşı olar. Görürsən də, qız öz dilini belə unutmağa başlamış. Sən onunla qazaxça danış. O çox ağıllı qızdır, deyərək Nisa xanım Aysamalın yanaqlarından şəfqətlə öpdü.
Nisa xanımın cavabı Tölegeni sevindirdi. Ümidin olduğu yerdə sevincin var olduğunu bir dəfə daha anladı. Acıların paylaşdıqça azaldığını gördü. Odun sadəcə düşdüyü yeri deyil, bütün insanlığı yandırdığını idrak etdi. Aysamal kimi uşaqların tərtəmiz xəyalları bu həyatın davam etdiyini, bu dünyanın ayaqda durduğunu düşündü.
Ertəsi gün Tölegen yenə məscidə gəldi. Nisa xanım diğər qadınlarla birlikdə dünən olduqları yerdə, səkinin kənarında oturmuşdular. Bu səfər uşaqlar köhnə dostlarını görmüş kimi sevinərək salam verdilər. Tölegen, cibindən konfet çıxardıb uşaqlara payladı. Aysamal, Nisa xanımn yanından ayrılmırdı. Tölegen, qızın yanına yaxınlaşaraq ona da bir kofet uzatdı. Qazaxça:
-Necəsən, Aysamal? dedi.
Qız, qımışaraq başını qaldırıb Nisa xanıma baxdı. Nisa xanım işarə edincə konfeti alaraq:
-Yaxşıyam, təşəkkür edirəm,- dedi.
Tölegen, qızı gəzdirmək üçünn icazə istədi. Nisa xanım:
-Siz birlikdə gəzin, mən də valiliyə gidib icazə işinin nə yerdə olduğunu soruşum,- dedi.
Tölegen Aysamalla birlikdə məscidin ətrafında gəzirdilər. Qız durmadan danışır, məscidin çevrəsində olan türbələr, məzarlar, bağçadakı çiçəklərin adlarını, hətta ziyarətçiləri qarşılayan pişiklər haqqında Tölegeni sual yağışına tutmuşdu.
Məscidin önündə əsrilərdir gözətçilik edən çınar ağacına doğru yeridikləri zaman bəyaz bir kəpənək onlara yol göstərirmiş kimi önlərində sallana-sallana uçurdu. Kəpənəyi görən Aysamal, onu qovalayıb tutmağa çalışdı. Kəpənək də sankı qızın istəyini bilərək ətrafında fır-fır fırlanır, qızı əyləndirirdi.Amma ağaca yaxınlaşdıqda bir anda bəyaz qanadlarını çırparaq yuxarıya doğru yüksəlməyə başladı. Aysamal başını qaldırıb uzun-uzun kəpənəyi izlədi. Sonra sevinclə yerində atılıb düşdü, əllərini bir-birinə vurub kəpənəyi alqışladı.
Tölegen, ağacın yaxınına gəlib gövdəsinə söykəndi.
-Aysamal, sən qazaxçanı heç unutmamısan, maşallah olsun sənə. Qazaxistanda baban, nənən varmı?
Qızın gözlərində həsrət izləri bəlirdi:
-Babam, nənəm yoxdu. Anam, atam üçün çox darıxıram. Onlar hardadır, sən bilirsənmi? deyə soruşdu.
-Nisa xala söylədi ha, onlar quşa dönüblər.
-Hansı quşa? Bu quşlar kimimi olublar? dedi tam o anda qarşılarındakı bir çörək qırıntısı üçün çığır-bağır salb didişən qağayıları göstərərək.
-Hə, bunlara qağayı deyirlər. Bunlar deniz üzərində uçarlar. Balıq ovluyarlar. Belkə anan, atan da indi sənin üçün balıq tuturlar.
Aysamal gülümsədi və qağayıları diqqətlə izlədi. Ana və babasının quşa döndüklərinə inanıb inanmaması bəlli deyildi. Tölegene tərəf dönərək:
-Mən anamla dəniz kənarında dolaşanda qağayıları görürdüm. Bizdə də vardı. Bunlar mənim gördüyüm o quşlar ola bilərmi,- dedi.
- Ola bilər, bəlkə də. Deməli siz dəniz kənarında yaşayırdınız, eləmi?”
-Hə,- dedi qız.
-Başqa bir kimsən yoxdumu? Xatırladığın bir adam varmı?
Aysamal birşey demədi. Sadəcə yox anlamında başını tərpətdi.Sonra:
-Sən qağayılar haqqında nağıl bilirsənmi?
-Əlbəttə bilirəm.
-Mənə danışarsanmı?
-Əlbəttə danışaram,- dedi Tölegen və nə vaxtsa uşaqlar üçün yazılmış bir kitabda oxuduğu nağılı danışmağa başladı:
-Çox uzaq zamanlarda bu gördüğün İstanbul böyüklüyündə bir ölkə varmış. O ölkəni bir kral idarə edirmiş. Kralın bir qızı varmış. Qız, sənin kimi çox gözəlmiş. Atası çox gözəl olan qızına kimsənin baxmasını istəməzmiş. Xalqa qızına baxmağı qadağan edimiş. Kralqızı gəzməyə saray keşikçiləri ilə birlikdə çıxdığı zaman adamlar əyilər və gözlərini yumarmışlar.
Aysamal Tölegenin sözünü kəsərək:
-Baxarlarsa nə olurmuş?-diyə soruşdu.
-Kim baxsa, onu edam edərlərmiş.,- dedi Tölegen. Sonra nağılına davam etdi:
-Bir gün kralın gözəl qızı gəzmək üçün bayıra çıxdığı vaxt bir cavan oğlan hər cür qorxunu gözə alaraq başını qaldırmış və şahzadə qızla göz- gözə gəlmişlər. O anda oğlan, şahzadə qıza bir könüldən min könülə aşıq olmuş. Şahzadə qızın da ona qarşı baxışlarının da boş olmadığını düşünmüş və günlərcə yata bilməmiş. Qızı çox sevmiş. Ölümü belə gözə alaraq şahzadə qızı bir dəfə daha görmək istəmiş.
Şahzadə qız da ona aşiq olmuş. Oğlana xata toxunmasın deyə günlərlə özünü saraya qapadıb bayıra çıxmamış. Sonunda dayana bilməyən cavan oğlan, gizlicə sarayın bağça divarına dırmanmış və şahzadə qızla bir dəfə daha göz-gözə gəlmişlər. Bir şey danışmadan elə hey bir-birilərinə baxmışlar. Cavan oğlan divardan aşağı atlamış və şahzadə qıza ürəyini açmaq istədiyi an saray keşikçiləri başının üstünü kəsdirmişlər.
Kralın yanına aparılan oğlan ölümlə cəzalandırılacağını bildiyindən şahzadə qıza bəslədiyi eşqi söyləmiş:
-Onu çox sevirəm! demiş.
Şahzadə qız da göz yaşlarıyla atasına yalvarmış. Qızının kədərlənməsinə dayana bilməyən kral, oğlana ölüm cəzası verməmiş amma onu çox uzaqdakı bir adada olan mayak qülləsində yalnız yaşamağa məhkum etmiş.
Aradan aylar geçmiş. Şahzadə qızı dəlicəsinə sevən və unuda bilməyən cavan oğlan eşqini adada yuva quran qağayılara danışmağa başlamış. Və dənizin ətrafında yaşayan bütün qağayılar, bu cavan oğlanın şahzadə qıza olan eşqini dinləmişlər. Dinlədikçə də kədərlənmişlər. Öz aralarında məsləhətləşərək içlərində olan ən yaşlı və böyük qağayıyı, cavan oğlanla görüşdürməyə qərar vermişlər. Yaşlı qağayı o qədər büyükmüş ki qartallar belə ondan çəkinirmişlər. Sonra yaşlı ve böyük qağayıya cavan oğlan dərdini açmış. Ona ürəyi yanan yaşlı qağayı, uzun-uzun düşündükdən sonra cavan oğlana onu saraya qədər qanadları üstündə götürəcəyini, şahzadə qızla görüştürəcəyini, hətta onu çox zəngin edəcəyini və kral tərəfindən də seviləcəyini söyləmiş. Amma ardından da bir şərt qoymuş.
-Bütün bunların əvəzində həyatın boyu gündüzləri qağayı, gecələri isə insan olacaqsan,- demiş.
Cavan oğlan:
-Burada yapayalnız qalıb ölməkdəsə, gündüzləri quş, gecələri insan olmağa razıyam. Onsuz da günlük həyatımızda bəzən heyvan kimi, bəzən isə mələk kimi yaşıyırıq. Şərtini qəbul edirəm,- demiş.
Beləcə yaşlı qağayı, cavan oğlanı qanadlarının üstünə alıb saraya götürmüş. Sarayda hər kəs ona hörmətlə yanaşmış. Kral, onu şahzadə qızı ilə evləndirmiş. İki sevgili bir-birinə qovuşaraq xoşbəxt olmuşlar. Cavan oğlanı, ömrü boyu günəşin doğuşunan batışına qədər qağayıya dönüb dənizin üzərində uçarmış.
-O zaman anamla atam da quşlarla bərabərdilər indi,- deyə pıçıldadı Aysamal. Nağılı çox bəyəndim, amma cavan oğlana ürəyim ağrıdı. Yenə də sevdiyi adamdan ayrı qalmaqdansa, quş olması daha yaxşıdır.
Tölegen qızın nağılı bəyəndiyinə sevinərək:
-Hə o, eşqi üçün gündüzünü qurban veribmiş,-dedi.
O əsnada Nisa xanımın qoşaraq gəldiyini fərq etdi Tölegen. Ayağa qalxaraq onun təlaşlı halıyla maraqlandı. Qadın yanlarına gələrək:
-Polislər bizi buradan götürüb gedcəcklər. Buradan tez çıxıb getməyimiz lazımdır,- dedi. Sonra Aysamalın əlindən tutaraq, tənginəfəs:
-Valilikdən sənəd ala bilməsək bizi ya qaçqınlar düşərgəsinə aparacaqlar ya da Suriyaya geri göndərəcəklər, dedi.
Tölegen o anda konsulluğa müraciət edib Aysamalın vəziyyətini bildirəcəyini söylədi. Qadın bundan sonra çarənin yalnız konsulluqda olduğunu söyləyərək:
-Qardaşım, o zaman sabah burada görüşək. Restoran sahibi bizim qaldığımız yeri bilir. Səndən xəbər gözləyirəm.,- dedi və tez də Aysamalın əlindən çəkib getmək istədi. Amma Aysamal, Nisa xanımın əlini buraxıb Tölegenə sarıldı. Buraxmaq istəmədi. Tölegen, qızın yanaqlarından öpərək:
-Sabah yenə görüşəcəyik və sənə başqa nağıllar da danışacağam.,- dedi.
Qadın, ərafına diqqətlə baxaraq qızın əlindən çəkdi. Sonra sürətlə oradan uzaqlaşdı. Aysamal bir neçə dəfə geri dönüb baxdı və gülümsəyərək Tölegenə əl elədi. Sonra məscid həyətindən uzaqlaşaraq gözdən itdilər.
Tölegen o gün konsulluğa zəng çaldı. Telefon bəzən məşğul olurdu, bəzən də zən getməsinə baxmayaraq kimsə cavab vermirdi. Səhəri gün konsulluğa getməyi qərarlaşdırdı.
Uzaqdan dənizin uğultusu duyulurdu. Rüzgar, məscidin önündə ucalan ağacları əyib bükürdü.
Uşaqlar bu soyuq gecədə üşüyürlərmi görəsən? Axşam bir şey yeyiblirlərmi? Analarının qucağında indi mışıl-mışıl uyuyub röyalarında nələr görürlər? deyə düşünürdü Tölegen. Çarəsizliyə düşən və həyatda qala bilmək üçün çırpınan uşaqların dilənçi kimi böyümələrinə hayıfsılandı. Eyzən dəniz kimi dalgalanıb duran cəmiyyətin bu uşaqları sahilə vurduğuna, kənara atdığına və nəhayət insanlığın necə belə bir hala gəldiyinə bir məna verə bilmirdi. Ən böyük dəyərlərin uşaqlar, yeni nəsillər olduğunu niyə heç kim dərk etmir, niyə onlara sahib çıxan yoxdu deyə düşündü.
Səhər azanından sonra tələsik konsulluğa getdi. Konsulluqda görüşdüyü bir qadınla Aymala haqqında danışıb ona yardım edilməsini söylədi.Qadın qızı tapıb gətirsə, kömək edəcəklərini bildirdi. Sonra kiçik bir kağıza adını, telefon nömrəsini yazıb uzatdı və:
-Həmən tapıb buraya gətirin. Mənə də mütləq xəbər verin, biz məşğul olub bir çarə taparıq,- dedi.
Tölegen, avtobusla Süleymaniyə məscidinə doğru yola çıxdı. Bir tərəfdən Aysamalın probleminin həll olunacağına sevinir, diğər tərəfdən də görəsən dünən görüşdüyümüz yerdədilərmi deyə nigarançılıq keçirdi. Burulğana düşən bir həyatı qurtara bilməyin nə böyük xoşbəxtlik olduğunu düşünərək Aysamalın öz vətəninə nəhayət ki, qayıda biləcəyini xəyal edirdi.
Məscidə çatar-çatmaz uşaqları və anarlını axtarmağa başladı, amma məscidin həndəvrində kimsə yoxdu. Məscidin ətrafını dönüb dolaşdı. Kimsəni tapamayınca restoran sahibi Məhmət beyin yanına getdi.
Məhmət bey, tənginəfəs gələn Tölegeni görüncə:
-Dostum, nə olub, niyə təlaşlısan,- deyə soruşdu.
Tölegen telaştan güclə danışa bildi:
-Suriyalı uşaqlar və anaları hardadı, bilmirsən? Aysamal hardadır? Onları tez tapmağım lazımdır.
Məhmət bey başını əyərək:
-Dünən gecə onları buradan alıb götürdülər.
-Haraya?
-Yəqinki qaçqın düşərgəsinə. Bəlkə də Suriyaya.
-Necə yəni qaçqın düşərgəsinə, Suriyaya? Aysamal vətəninə qayıdacaqdı. Buralarda olamazlarmı? Doğrudanmı aparıblar onları? Bu necə ola bilər? deyə Tölegen ard-ardına sıraladı sualları. Vəziyyətdən çıxış yolu tapa bilmir, olanlara , Məhmət bəyin dediklərinə inanmaq istəmirdi. Məhmət bəy artıq əldən bir şey gəlməzcəsinə başını buladı. Tölegenin çiyinlərindən tutaraq:
-Artıq onları tapa bilməzsən. Onlar indi Allaha əmantdirlər, deyərək Tölegeni təsəlli etməyə çalışdı.
Tölegen restorandan bayıra çıxdı. O çarəsiz insanlara kömək edə bilməyəcəyinə inanamaq istəmirdi. Sanki onları yuxuda görmüşdü; yuxuda onlarla birlikdə yemək yemiş, Aysamala nağıl danışmışdı. Bu an o özü də o adamlar qədər çarəsizdi. Əllərindən çıxıb gedən Aysamal üçün içi sızladı. Nisa xanıma, uşaqlarlarına ürəyi yandı. Aysamal kimi onlarca, yüzlərcə, əslində minlərlə uşağın, amansızca məçhul bir gələcəyə girov buraxıldığını anladı. Sanki bir neçə nəsil birdən o dibsiz dənizlərə iz buraxmadan batıb yox olurdu…
Tölegen, Aysamala nağıl danışdığı yerə doğru gedərkən qapı şüşəşləri açıq olan bir maşından Sezen Aksunun mahnısı, qağayılara doğru yüksəlirdi:
Bir karanlık savaş meydanı sanki,
İstanbul şehri martılar açken.
Başka bir şarkı söylüyor sokaklar,
Aşk uzakta beklerken…
Tərcümə : Məmməd İsmayıl