Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu, lakin bunun Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərlə bağlı müəyyən çətinliklər yarada biləcəyini bildirib.
APA xəbər verir ki, Putin bu barədə sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə danışıb.
O qeyd edib ki, Ermənistan başqa bir təşkilata üzvlüklə bağlı prosedura başlamaq haqqında qanun qəbul edərsə, bu, ölkənin Aİİ-dən çıxması anlamına gələcək.
Rusiya lideri Ermənistanın Aİ-yə üzvlüyü məsələsinin referendum yolu ilə xalqın iradəsinə çıxarılmasını da təklif edib. Putin bildirib ki, İrəvan Avropaya inteqrasiya məsələsində nə qədər tez qərar versə, Moskva üçün də gələcək münasibətlərin necə qurulacağını müəyyənləşdirmək bir o qədər asan olacaq.
Onun sözlərinə görə, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Putin həmçinin Ermənistanın Aİİ-yə üzvlüyü dövründə ölkənin ÜDM-nin üç dəfə, ittifaq ölkələrinə ixracının isə on dəfə artdığını bildirib.