“Qalatasaray” – “Fənərbaxça” matçı terror təhlükəsi ilə əlaqədar təxirə salınıb




 İstanbulda "Qalatasaray” – "Fənərbaxça” derbisi təxirə salınıb.
APA-nın CNN Turk-ə istinadən verdiyi məlumata görə, İstanbul valiliyinin müraciətindən sonra matç mümkün terror təhlükəsi səbəbindən başqa vaxta keçirilib.
Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat verilmir.