Qanun müzakirəyə çıxarılır
20:09 27.12.2016
Arxiv
998
Daha məzarları hasara almaq mümkün olmayacaq
Ölkəmizdə kifayət qədər təmtəraqlı məzar daşları və qəbiristanlıq saraylarına rast gəlmək mümkündür. Maraqlıdır, artıq dünyadan köçüb getmiş biri üçün, qeyri-adi məzarlıqların yaradılması hansı mənanı ifadə edir? Yaxşı səslənməsə də, qeyd edək ki, bəzi insanlar ailə üzvləri və yaxınları üçün təmtəraqlı qəbir daşlarını məhz ad-san üçün hazır etdirirlər. Hətta sadə bir məzar daşı qoyulduqda mərhumun ailə üzvlərinə irad tutanlar da olur.
Artıq bu cür məzarlıqların yaradılması məhdudlaşdırılacaq. Belə ki, məsələ ilə bağlı müəyyən işlər görülməkdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda məzarlıqlarla bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunduğunu bildirib. O qeyd edib ki, layihənin hazırlanmasında komitə üzvləri yaxından iştirak edib: "Yaxın zamanda bu məsələ müzakirə olunacaq”.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa qanunda müəyyən standartların nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra, məzarlıqlar yeni qaydalara uyğun şəkildə təşkil olunacaq:
"Layihə ilə bağlı ümumi fikir bundan ibarətdir ki, ölkəmizdə olan məzarlıqlarla bağlı müəyyən standartlar tətbiq olunacaq. Əsas məsələ məzar daşlarının və onların yerləşmə məkanının standartlara uyğun müəyyənləşdirilməsidir. Qanunvericilikdə olan qaydalar bu günə qədər mövcud məzarlıqlara aid edilmir. Lakin bundan sonrakı hallarda artıq məzarlıqlara müəyyən düzən verilməsi üçün qanun əsas götürüləcək. Yəni burada konkret standartların müəyyən olunması, iri məqbərələrin tikilməsi, məzarların hasara alınması və başqa məsələlər daha nəzərdə tutulmayacaq. Həmçinin, yol abadlaşdırma standartları müəyyən olunacaq. Bunun əsasında da məzarlıqlar salınacaq və Avropadakı, başqa yerlərdəki kimi mədəni məzarlıq nümunələri ortaya qoyulacaq”.
İlahiyyatçı Elşad Miri isə layihənin təqdirəlayiq olduğunu bildirib:
"Hazırda qanun üzərində ciddi işlər gedir. Əsas məsələ bu layihənin icraatına yardımçı olmaqdan ibarətdir. Həmçinin bununla bağlı maarifləndirmə işi də aparılmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm