Gömrük işçiləri isə onların qarşısını alır, müəyyən əngəllər yaradırlar
Qanunu pozmurlar
21:10 29.02.2016
Arxiv
1034
“Vətəndaşlar sərhəddin o tayına istəsələr 10 dəfə də keçə bilərlər”
Gömrük işçiləri isə onların qarşısını alır, müəyyən əngəllər yaradırlar
Gömrük işçiləri isə onların qarşısını alır, müəyyən əngəllər yaradırlar
Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi və inhisarçılığın aradan qaldırılması istiqamətində atılan tədbirlər, verilən qərarlar gömrük sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Lakin buna baxmayaraq, gömrükdə ciddi problemlər hələ də qalmaqdadır. Hər gün redaksiyalara daxil olan şikayətlərdən də görünür ki, sözügedən sahədə qısa müddət ərzində şəffaflıq yaratmaq asan olmayacaq.
Ekspertlər də hesab edirlər ki, gömrükdə uzun illər ərzində formalaşmış inhisarçı sistemin tam dağıdılması xeyli zaman aparacaq. Təsadüfi deyil ki, qəti tapşırıqlara baxmayaraq, hələ də gömrükdə sahibkarlar incidilir, qanunsuz tələblərlə üzləşirlər. Həmçinin, ölkəyə idxal olan mallara tətbiq edilən qeyri-qanuni rüsum daxili bazarda ciddi bahalaşmaya səbəb olur.
"Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, gömrükdə yeni sistem tətbiq olunmalı, idarəetmə forması dəyişdirilməlidir: "Ümumiyyətlə, bu sahənin insanlara yanaşması və fəlsəfəsi dəyişməlidir. Qanunvericilikdə də ciddi problem var. İdxal vergisi, yəni gömrük rüsumunun tutulmasında 0 faizdən 15 faizə qədər bir koridor müəyyən edilir. Bu koridora aid edilən məhsulların hansı faizlə alınacağı haqqında "qərarı” isə gömrük orqanları özləri verir. Müəyyən təsnifat var, amma o təsnifata hansı məhsulların aid olub-olmadığı gömrük orqanlarında çalışan məmurların subyektiv fikrinə əsasən təyin olunur. Yəni məmurla sahibkar arasında danışıq aparılır və məhsulun faizi müəyyənləşir. 0-15 arasında böyük faiz fərq var. Ortalama 5 və ya 6 faiz götürməklə bütün mallara eyni rüsumu tətbiq etmək lazımdır. Bu, həm qarışıqlığı, həm də subyektivliyi aradan qaldırar. Hamı da bilər ki, ölkəyə nə gətirirsə-gətirsin, onun 5 faizini vergi şəklində büdcəyə ödəməlidir”. Ekspertə görə, problem yaradan digər məsələ əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır: "İndiki qanunvericiliyə görə, bizdə çoxpilləli gömrük rüsumu və vergi sistemi mövcuddur. ƏDV-yə düşən mallar ölkəyə gətirilərkən sahibkar gömrükdə vergini ödəməli və sonradan malı satarkən əvəzləşmə etməlidir. Bu isə uzun vaxt aparır və çox zaman reallaşması müşkül olur. Nəticədə iş adamlarına ciddi problem yaranır. Ona görə də əlavə dəyər vergisini birdəfəlik həll etmək lazımdır. Onsuz da ƏDV-ni nəticə etibarı ilə biz, yəni istehlakçılar ödəyirik. Məsələ sadələşdirilməlidir, vergi birdəfəlik ticarətdə tutulmalı, sonradan malı satan şəxs tərəfindən ödənməlidir. 18 faiz ƏDV, üstəgəl 15 faiz gömrük rüsumu, bunlar ayrı-ayrılıqda toplandıqda üzərinə əlavə 3-4 faiz də gəlir. Bu da 35-36 faizə çıxır. Təbii ki, bu amil ciddi bahalaşmaya səbəb olur. Qanunvericilikdəki boşluq mütləq aradan qaldırılmalıdır. Çünki korrupsiyaya yol açan əsas səbəblərdən biri məhz həmin boşluqdur. Bir çox ölkələrin praktikasında belə bir yanaşma var. Əsasən keçid dövrünü yaşayan ölkələrdə vahid gömrük tarifi müəyyənləşir və ona əsasən məhsullara rüsum tətbiq olunur. Xüsusi hallarda isə ya Nazirlər Kabinetinin qərarı ilə, ya da Prezident fərmanı ilə müxtəlif mal və xidmətlər gömrük rüsumundan azad olunur. Son dövrlərdə bu güzəşt taxıla, una və bir sıra avadanlıqlara tətbiq olunub”.
N.Cəfərli digər ölkələrin gömrük sistemi ilə ölkəmizi müqayisə edib: "Özümüz tez-tez Gürcüstana və digər ölkələrə səfər edirik. Gürcüstan tərəfdə gömrük və sərhəd xidmətini 3-5 dəqiqəyə keçmək mümkündür. Amma bizim tərəfdə öz avtomobilimizlə saatlarla növbədə qalırıq. Fikrimcə, problemi həll etmək üçün məntəqələrdə pəncərələrin sayı artırılmalı, yaşıl keçid sistemi tətbiq olunmalıdır. Kimdən şübhələnirlərsə, onları yoxlasınlar. Ailəsi ilə səfər edən işgüzar vətəndaşların alverlə məşğul olan şəxslərlə eyni səviyyədə yoxlanılması praktiki cəhətdən doğru deyil. İnsanlar incidilir və vaxt itirirlər. Bir də indiki qanunvericiliyə görə, vətəndaşlar xaricdən özləri ilə 10 kiloqram mal gətirə bilərlər. Amma burada neçə dəfə xaricə gedib-gəlmək məhdudiyyəti yoxdur. Onun sayını gömrük orqanları özbaşına müəyyən edirlər və vətəndaşa məhdudiyyət qoyurlar. Sərhədyanı zonada yaşayan insanlar gün ərzində iki-üç dəfə keçib özlərinə ərzaq gətirəndə, gömrük işçiləri onların qarşısını alırlar. Halbuki o vətəndaşlar qanunvericiliyi pozmurlar. İstəsələr, sərhəddin o tayına 10 dəfə də keçərlər, 20 dəfə də”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə